Nümunəvi qadının 3 bəyənilən xüsusiyyəti hansılardır?


Həyat yoldaşı seçmək və ailə həyatı qurmaq hər bir insanın həyatında olan həssas dövrdür. Əgər bu iş üçün kifayət qədər diqqət ayırmasaq, çox sayda problemlə rastlaşa bilərik. (Tebyan)

Bu məsələ heç kəsdən gizli deyildir ki, yaxşı həyat yoldaşı Allah Təala tərəfindən olan böyük nemətdir. İnsanın səadətinə səbəb olar. Bu haqda Həzrət Peyğəmbər (s) buyurur: “Kişinin səadəti – saleh həyat yoldaşına malik olmaqdadır”.

İnsan hər nə qədər həyat yoşdaşı haqqında agahlıq əldə edərsə, müştərək həyatın daha şirin olmasına gətirib çıxardar. Bəs nümunəvi qadın necə olmalıdır?


1. İmanlı. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim qadınla gözəlliyinə görə evlənərsə, istədiyini onda görməz. Hər kim qadınla mal və sərvətinə görə evlənərsə, Allah onu həmin mal və sərvətlə tərk edər. İmanlı qadınla evlənin”. Bu nurani hədisə diqqət edən zaman onun həqiqətlərini həyatda müşahidə edirik. Bu gün çox sayda ailə mal və sərvətə çatmaq niyyətilə qurular. Elə ona görə də davamlı olmur. Lakin o kəslər ki, məhz iman üzündən ailə qurublar, hər gün daha çox xoşbəxtlik hiss edirlər.


2. Ailə nəcibliyi. Həzrət Peyğəmbər (s) buyurur: “Zibillikdə bitən yaşıllıqdan (göyərtilərdən) çəkinin”. Soruşurlar ki, bu kimdir? Həzrət (s) buyurur: “Alçaq ailədə və nəsildə dünyaya gələn gözəl simalı qadın”. Əziz Peyğəmbərdən (s) gələn bu hədisə əsasən həyat yoldaşı gərək nəcib bir ailədən olsun ki, pak fitrəti mühit dəyişkənliyinə düçar olmasın. Əlbəttə aydındır ki, alçaq ailə dedikdə o ailələr nəzərdə tutulur ki, insanlıq sifətlərindən o cümlədən ağıl, dərk, ədəb, düşüncə və dindarlıqdan bəhrəsiz qalsınlar. Həzrət Peyğəmbər (s) buyurur: “Yaxşı və layiqli ailə ilə qohum olun. Çünki qanın təsiri vardır”.


3. Az mehriyyəsi olan. Saleh həyat yoldaşının baris sifətlərindən biri də mehriyəsinin az olması və az pul xərcləyənidir. Hər bir şəraitdə ailə iqtisadiyyatını idarə edə biləndir. Heç kəs həyat yoldaşının əziyyətə düşməsini istəməz. Belə qadın xeyir və bərəkətli qadındır. İmam Sadiq (ə) buyurur: “Qadının bərəkəti onun az xərcləyən olmasıdır”. Əlbəttə bu mövzu əməldə də sübut edilmişdir ki, insan hər nə qədər özünü başqası ilə müqayisə etməzsə, daha mötədil həyata malik olar. Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimin ən yaxşı qadınları - ən xoş simalı və onların az mehriyyəli olanlarıdır”. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter