Şeytanın İslam Peyğəmbərinə (s) sədəqənin təsirləri haqda 6 sözü nələrdir?


Lənətlik şeytan sədəqə verməklə müxalifdir və həmişə sədəqə vermək istəyən insanlara mane olmağa çalışır. Ondan sədəqə haqqında soruşanda, o məlun sədəqənin faydasını insanlara bəyan etməyə məcbur olur.
Bir zaman Peyğəmbər (s) şeytana bir neçə sual verir. O da həmin sualların cavabını verir.

Həzrətin (s) suallarından biri bu idi: “Ey Məlun! Mənim ümmətimin sədəqə verməsi sənin üçün necədir və sədəqənin faydası nədir?”.
Şeytan cavab verir: “Ya Rəsulallah! Sənin ümmətinin sədəqə verməsində altı xüsusiyyət və mənfəət vardır.

1-Sədəqə və bəxşiş etməklə nəinki insanın malı azalmaz, əslində sədəqə verənin malı hər gün artar.
2-Sədəqə verməklə ömür uzanar və ani ölümlər və xoşagəlməz hadisələr aradan qalxar. Bu haqda gələn hədisdə oxuyuruq ki, sədəqə insanı 70 növ bəladan qoruyar.
3-Sədəqə verməklə insan zəngin olar və yoxsulluğu aradan gedər.
4-Sədəqə, onu verənə bədən sağlamlığı verər, müxtəlif dərd və ağrılardan nicat tapar.
5-Sədəqə verənin əməl tərəzisi Qiyamət günü ağır olar. Sirat körpüsündən qorxusuz keçər.
6-Sədəqə Qiyamət günü cəhənnəm atəşi ilə onu verən arasında bir divar olar və cəhənnəm atəşi ona əziyyət verə bilməz”.
Ona görə də Həzrət Rəsuli-Əkrəm (s) buyurur ki, sədəqə şeytanın belini sındırar. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter