Şəban ayının əzəməti və savabı haqda 4 hədis.


Peyğəmbər (s) və onun pak Əhli Beytinin (ə) hədislərində Şəban ayının dəyəri və çoxlu savabı:
1-Peyğəmbər (s) buyurur: \"Hər kəs bayram axşamı (Fitr və Qurban bayramları) və Şəban ayının 15 gününün axşamı əhya saxlaya, qəlblərin öldüyü gündə onun qəlbinə zəval gəlməz. \"Səvabul-Əmal, cild, 1, səh: 102, hədis: 1.\"

2-İmam Rza (ə) buyurur: \"Əmirəlmöminin (ə) üç gecədə əhya saxlayardı: Ramazan ayının 23-cü gecəsində, Fitr bayramının gecəsində və Şəban ayının 15 gecəsində; bu gecələrdə ruzilər və ömürlər təyin olunar və eləcə də il boyu başa gələcək haqda Allah hökm edər. \"Bihar əl-Ənvar kitabı. c, 97, səh: 88, h, 15.


3-İmam Sadiq (ə) buyurur: \"Şəban ayında tutulan oruc bəndə olan şəxs üçün qiyamətdə əzabdan xilas edən azuqə olar, və hər bir bəndə ki Şəban ayında çox zaman oruclu ola Allah onun dolanışını düzəldər, düşmənlərinin şəriini ondan uzaqlaşdırar. \"Bəsail əş-Şiə, c, 10, səh: 505.\"

4-İmam Əli (ə) buyurur: \"Hər ayda üç günü oruc tutmaq Ayın birinci 4-cü günüsü, ayın sonunda, ayın ortasının üçüncü günüsü, eləcə də Şəban ayının 15-də oruc tutmaq etiqadda olan vəsvəsə və şübhələri məhv edər və qəlbdə olan narahatçılıqlardan insanı xilas edər. \"əl-Xisal, səh: 612, hədis: 10\".


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter