Qurani Kərimə görə kimlər mömindir!


Qurani Kərimə görə möminlərin siması:
1-Yetimlərin mallarını yeməzlər, (Nisa/2).
2-Yolda qalanlara kömək edərlər, (Bəqərə/177).
3-İnsanların qüsurlarını bağışlayarlar, (Ali-İmran/134).
4-Ancaq Allaha təvəkkül edərlər, (Mücadilə/40).
5-Yer üzündə təvazökarlıqla gəzərlər, (Furqan/63).
6-Haqqı bilə-bilə gizlətməzlər, (Bəqərə/42).
7-Namuslarını qoruyarlar, (Muminun/5).
8-Ata-analarına \"uf\" belə deməzlər, (İsra/23).
9-Zənnə qapılmaz, qeybət etməzlər, (Hücurat/12).
10-Bolluqda da, qıtlıqda da öz mallarından infaq edərlər, (Ali İmran/134).
11-Allahın Peyğəmbərləri arasında heç bir fərq qoymazlar, (Bəqərə/ 136).
12-Allah anıldığı zaman qəlbləri titrəyər, (Ənfal/2).
13-Zina etməzlər, (Furqan/68).
14-Lağlağıdan, lüzumsuz şeylərdən üz döndərərlər, (Muminun/3).
15-Cahillər onlara \"Xoşagəlməz\" söz dedikdə onlara (onları incitməmək üçün) salam! deyərlər. (Furqan/63).
16-Əmanətə heç vaxt xəyanət etməzlər. (Muminun/8).
17-Sözlərinin üstündə durarlar, (Bəqərə/177). ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter