İslam Peyğəmbərin (s) doğum günündə hansı qeyri-adi hadisələr baş verdi?


O pak nümunənin təvəllüdü gecəsi dünyada təəccüblü hadislər baş verdi. Burada onlardan bir neçəsi ilə kifayətlənirik:
1. Min illər boyu sönməyən \"fars” yanar ocağı (ibadətgah) o gecə söndü.
2. Pərəstiş olunan \"Savə” gölü, birdəfəlik quruyub duzluq sahəyə çevrildi.
3. Allahın Evdinə olan bütün bütlər yerə töküldü və asimandan belə bir nida eşidildi:
\"Haqq gəldi, batil yox oldu. Həqiqətən də batil məhvə olmağa məhkumdur” ( \"İsra” surəsi, 84-cü ayə)
4. İran padşahlarının (mədainin) böyük eyvanı titrəməyə başladı və onun dörd sütunu çökdü.
5. Səmavə çayının suyu (Kufə və Şam arasında yeriləşir) çoxaldı və axmağa başladdı. (Əl-əmali, Şeyx Səduq, s. 444 –Bihrül-ənvar: c. 15, s. 257)

İmam Sadiq (ə) buyurub: \" İblis (şeytanların atası) göyün yeddinci qatında gəl-get edirdi; İsa (ə) dünyaya gəldəndə üç asimana pərvaz etməkdən məhrum olundu. Lakin islamın əziz Peyğəməri (s) dünyaya gələndə bütün yeddi göy təbəqəsində pərvaz etmək ona qadağan olundu. Göyə qalxan şeytanlar səmada şəhab daşları ilə qovulurdular. (Biharül-ənvar, c. 15, s. 257)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter