Əllamə kimə deyilir?


Əllamə (علّامه) lüğətdə ərəbcə mübaliğə siğəsində çox bilən, çox məlumatlı şəxs mənasındadır. Terminoloji baxımından İslam elmlərinə dərindən bələd alimə əllamə deyilir. Ayətullah adı kimi əllamə adı da bəzi müsəlman alimlərə verilən xüsusi addır. Əllamə sayılan alim ensiklopedik məlumata malik olur, bir neçə ixtisas üzrə mütəxəssis kimi tanınır. Əllamə rəsmi hövzə titulu, dərəcəsi deyil. Bu ad kiçik bir qrup İslam alimlərinə verilmişdir. Bəzən fəlsəfə, bəzən fiqh, bəzən də ədəbiyyat sahəsində söz sahibi olan böyük alimlər əllamə adlandırılır. Hazırda İslam dünyasında, şiə cameəsində əllamə deyərkən Əllamə Təbatəbai nəzərdə tutulur. Ötən dövrdə böyük fəqih Əllamə Hilli bu adla yad edilib. Əllamə adlandırılan alimlər öz biliklərini dəlillərlə əldə etdiklərindən adətən filosoflar əllamə adlandırılıb.
Əllamə adı ilə məşhur alimlər:
Əllamə Təbatəbai – Seyid Məhəmmədhüseyn Təbatəbai; Əlmizan təfsirinin müəllifi.
Əllamə Məclisi - Məhəmmədbaqir ibn Məhəmmədtəqi Məclisi Sani; 11 əsr hədisçilərindəndir, Biharul-ənvarın müəllifi.
Əllamə Hilli – Həsən ibn Yusif ibn Mütəhhər Hilli; Əllameyi-dəhr adı ilə məşhurdur; 8 əsr fəqihlərindəndir; fiqhdə təkcə əllamə deyəndə Əllamə Hilli nəzərdə tutulur.
Əllamə Əmini – Əbdülhüseyn Əmini; Əlqədir kitabının müəllifi.
Əllamə Həsənzadə Amuli – Həsən Həsənzadə Amuli; Əllamə Zülfünun kimi məşhurdur.
Əllamə Cəfəri – Məhəmmədtəqi Cəfəri; filosof, mövlanaşünas.
Əllamə Bəhrul-ulum – Seyid Məhəmmədmehdi Təbatəbai Bürucerdi, 12 əsr fəqihlərindəndir.
Əllamə Əskəri – Seyid Mürtəza Əskəri; müasir araşdırmaçı, Üsule-din Universitetinin rəisi.
Xacə Nəsirəddin Tusi – Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi; Əllamə Bəşər kimi məşhurdur
9 əsr filosofu Əllamə Cəlaləddin Dəvani, müasir fəqihlərdən olan Əllamə Əli Dəvani, müasir rical alimi Əllamə Şüştəri, 12 əsr alimi Əllamə Bəhrani, 11 əsr fəqihi və təfsirçisi Əllamə Feyz Kaşani, Məşrutə hamilərindən olan Əllamə Naini, müasir dövrün müctehidlərindən olan Əllamə Tehrani, müasir fəqih Əllamə Riyahi, Ələvi mədrəsəsinin təsisçisi Əllamə Kərbasçiyan, fəqih Əllamə Şerani, 8 əsr təfsirçisi Əllamə Seyid Heydər Amuli, müasir təfsirçi Əllamə Həsən Müstəfəvi, Mustədrək və Vəsailüşşiə müəllifi Əllamə Mühəddis Nuri, Əllamə İqbal Lahuri, Əllamə Seyid İsmail Bəlxi, Əllamə Seyid Səfdər Hüseyn Nəcəfi, Əllamə Talib Cohəri, Əllamə Şəmsəddin, ədib Əllamə Qəzvini, ədib və lüğətçi Əllamə Dehxuda, ədib Əllamə Humayi əllamə adlandırılmış alimlərdir. -Vilayet.nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter