İmam Həsən Muctəba (ə)-ın qoşunu hansı dəstələrdən təşkil tapmışdı?!


Pərakəndə ordu

Əhali arasındakı bu dəstələr təbii ki, İmam Həsənin(ə) ordusunda da ordunu pərakəndə hala gətirib çıxarmışdı. Buna görə də xarici düşmənlərə qarşı mübarizədə belə bir orduya arxalanmaq heç cür mümkün deyildi.

Şiə məzhəbinin böyük ustadı mərhum Şeyx Müfid və başqa tarixçilər İmam Həsənin(ə) ordusundakı bu təhlükə barədə belə yazırlar: «İraq əhalisi çox gec və süstlüklə İmam Həsənin(ə) ordusuna qoşuldular. İmam Həsənin(ə) qoşununa yığılmış dəstələr ibarət idi:

1) Hz.Əlinin(ə) şiələrindən ibarət tərəfdarları;
2) Xəvaric; (Onlar Müaviyə ilə döyüşmək üçün bütün yollara əl atmışdılar. Onların İmam Həsənin(ə) dəstəsinə qoşulmasına səbəb Müaviyə ilə düşmənçiliklərinə görə idi.)
3) Dünyapərəst və mənfəətpərəst şəxslər; Bunlar da özlərinə maddi mənfəət əldə etmək üçün İmam Həsənin(ə) ordusuna qoşulmuşdular.
4) İki ürəkli və şəkk edən insanlar; Onların nəzərincə İmam Həsən(ə) kimi böyük bir şəxsiyyətin Müaviyədən elə bir üstünlüyü yox idi.
5) Nəhayət, din xatirinə deyil, əksinə qəbilə düşmənçiliyinə görə və sadəcə öz qəbilə başçılarından itaət edib mübarizəyə qoşulanlar.

Beləliklə də, İmam Həsənin(ə) ordusu Müaviyə kimi bir düşmənə qarşı mübarizədə lazımi təşəkkülü tapmamış və pərakəndə şəkildə olmuşdu.

Qeyd: İmam Həsən (ə) Müaviyə kimi Din düşməni ilə sülh bağlamazdı, amma bəzi şərtlər onu bu işi görməyə məcbur etdi. Eləcə də o şərtlərdən biri həzrətin qoşunda yerləşmiş çox sayda iki üzlü insanlar idi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter