Ayə və rəvayətlərdə Ustada hörmət haqda nələr tövsiyə olunur?

Eynullah Xadimi

İmam Sadiq (ə) təvazökarlığı tələbə və şagirdlərin bir xüsusiyyəti kimi göstərərək buyurur: “Elm öyrəndiyiniz şəxsə münasibətdə təvazökar olun.”

İnformasiya partlayışı əsrində elm istehsalı və ləyaqətli həyat arasında birbaşa rabitə var. Qurani-Kərimin çoxsaylı ayələrində, o cümlədən “Ələq” surəsinin ilk beş ayəsində, “Fatir” surəsində, “Bəqərə” surəsində, “Zumər” surəsində, “Mucadələ” surəsində, eləcə də çoxsaylı hədislərdə alim və ustadın yüksək məqamı təsdiqlənir. Əziz İslam Peyğəmbəri (s) və məsum İmamlar bu məqam haqqında dəyərli sözlər buyurub. Ayə və hədislər ustada ehtiramı bildirmək üçün müxtəlif yollar göstərir. Ustadın məqamını dəyərləndirmək, ustad qarşısında təvazökarlıq, ustadla söhbətdə ədəb qaydalarını gözləmək, ustadın ehtimalı olunan bəzi səhvlərinə göz yummaq bu qaydalardandır.

Elə bir əsrdə yaşayırıq ki, bəşəriyyətin mərifət karvanı düşüncələri heyranedəcək sürətlə irəli gedir. Cəhalət pərdələri yırtılır, bəşər qarşısında yeni üfüqlər açılır. Mərifət sahəsində hər anda minlərlə yeni informasiya həyat libası geyinir. Eyni zamanda, minlərlə cəhalət divi həyat səhnəsinə qədəm qoyur. Faydalı informasiyanın ömrü olduqca qısadır. İnformasiya böyük sürətlə köhnəlir. Buna görə də əsrimizin mühüm xüsusiyyətlərindən biri informasiya partlayışıdır.

Belə bir dövrdə o məmləkətlər iqtidarla həyatını davam etdirə bilir ki, elm istehsalı sahəsində uğurlu və əhəmiyyətli addımlar ata bilsin. Bu böyük məqsədə doğru hərəkətdə müxtəlif amillər təsirlidir. Həmin amillərdən biri də ustad və müəllimlərdir. Ustad və müəllimlərin bu sahədəki təlaş səviyyəsi müxtəlif amillərlə şərtlənib. Həmin şərtlərdən biri də ustad və müəllimə münasibətdə ehtiramdır.

Qarşıda belə bir sual dayanır ki, dinimizdə yer almış ustad və müəllimə ehtiram nə kimi əhəmiyyətə malikdir? Quran və rəvayətlərdə bu mövzu necə dəyərləndirilir? Müəllimə ehtiramın zərurəti barədə danışmazdan öncə, ayə və rəvayətlər əsasında elm, müəllim və tələbənin dəyərinə nəzər salaq.

“Məcməül-Bəyan” sahibi mərhum Təbərsi və bir çox başqa təfsirçilər “Ələq” surəsinin ilk beş ayəsini nəzərdən keçirir. Bu ayələr vəhy mələyi tərəfindən Həra mağarasında peyğəmbərə nazil olmuş ilk ayələrdəndir. Surədə oxuyuruq: “Ey Peyğəmbər, heçdən yaradan rəbbinin adı il oxu! O, insanı laxtalanmış qandan yaratdı; Oxu, sənin rəbbin ən böyük kərəm sahibidir; O rəbbin ki, qələmlə yazmağı öyrətdi; O rəbbin ki, insana bilmədiklərini təlim etdi ...” Nəzərdən keçirdiyimiz ayələrdə Allah-Taala özünü müəllim kimi təqdim edir. İlk addımda peyğəmbərə oxumaq göstərişi verilir. Cəbrailə tapşırılır ki, bu ayələri peyğəmbərə çatdırsın. Cəbrail Allahın göstərişi əsasında peyğəmbərə “oxu” deyir. Həzrət Peyğəmbər (s) buyurur: Mən oxumağı bacarmıram. Vəhy mələyi növbəti dəfə həmin sözü təkrarlayır. Peyğəmbərin (s) də cavabı əvvəlki cavab olur. Üçüncü dəfə mələk deyir: “Ey Peyğəmbər (s), heçdən yaradan rəbbinin adı ilə oxu ...”

Maraqlı nöqtə budur ki, Allah dərs oxumamış, iyirmidən az savadlı adamı olan bir şəhərdə yaşayan insana oxumaq əmri verir. Oxumaq göstərişi bir dəfə bəyan olunmaqla sona çatmır. Rəvayətlərə əsasən, vəhy mələyi peyğəmbərə (s) üç dəfə oxumaq göstərişi verir. “İqrə” göstərişinin üç dəfə təkrarlanmasını təfsirçilər oxumağın əhəmiyyəti kimi qeyd edirlər. Başqa bir qrup təfsirçilər bu fikirdədirlər ki, birinci oxumaq göstərişi peyğəmbərə, ikinci oxumaq göstərişi xalqa, ünvanlanıb. Yəni ikinci oxumaq göstərişi təfsir yox təbliğ göstərişi mənasındadır. Aydın olur ki, İslamda sırf oxumaq ayrılıqda bir dəyər sayılmır. Allahın adı ilə oxumaq, Allahın razılığına əsasən oxumaq dəyərdir. Surənin davamında Allah-Taala növbəti oxuma göstərişini verir: “İqrə və Rəbbukəl-Əkrəm”. Orada Allahın kərəmi mövzusu irəli gəlir. Allahın kərəminin hər şeydən əzəmətli olduğu buyurulur. Kəramətdə Allaha çatan biri yoxdur. Allah kimi əta edə biləcək, bağışlaya biləcək kim var?! Bundan əlavə, bütün nemətlər Allah tərəfindəndir. Ayələrdən anlaşılan başqa bir nöqtə budur ki, bəşər mədəniyyətinə çatmaq üçün oxumaq və yazmaq mühüm amillərdir. Elm öyrənilməsi özü də Allahın nemətlərindən sayılır.
Təbii ki, oxumaq üçün yazmaq zəruridir. Əgər yazı yoxsa, oxumaq da mümkün deyil. Buna görə də ayələrdə öncə qələm, sonra oxumaq haqqında danışılır. Mübarək “Qələm” surəsində qələm və onun yazdıqlarına and içilir.

Bəzi alimlər düşünürlər ki, “Ələq” surəsinin ilk beş ayəsi elm və biliyin əhəmiyyətini vurğulayır. Ayələrdə insanın laxtalanmış qandan yaranması məsələsi yada salınır. İnsan belə bir mərhələdən yaranmışların şərəflisi məqamına yüksəlir. Allah insana xatırladır ki, o əvvəlcə çox aşağı bir məqamda olub. Elm və bilik insanın həmin aşağı məqamdan sonrakı yüksək məqama qalxmasının əsas səbəbi kimi göstərilir. Əgər elm və bilikdən təsirli bir amil olsaydı, əvvəlcə həmin amil yada salınardı.

Qurani-Kərim alimlərin yüksək məqamını yada salaraq buyurur: Allahın bəndələri arasında yalnız onlar öz elmləri sayəsində yüksək ilahi xəşiyyət məqamına çatıblar. Buyurulur: Allah istədiyinə hikmət əta edər. Elm və hikmətə çatan böyük nemətə çatmışdır. Hikmət sözü ilə bağlı təfsirlər çoxdur. Doktor Hairi Yəzdi hikmət sözü haqqında buyurur: “Qurani-Kərim təfsirçiləri arasında hikmət dedikdə əxlaqi qaydalar nəzərdə tutulur. Fəlsəfənin əməli əql bölməsində bu qaydalar öz əksini tapır. Filosof Kant bu əxlaq qaydalarını əxlaqi göstərişlər adlandırır. Kant onları səmadakı ulduzlara bənzədərək deyir: “Ulduzlu səmalar və əməli əql əxlaq qanunları bizim diqqətimizi çəkən böyük hadisələrdir. Biz bu dəyərlərdən heyrətə gəlirik. Bu mövzuda insan düşüncəsi dərinləşdikcə onun heyrəti də artır.”

Doktor Hairi sözünün davamında buyurur: “Bəziləri hikmət sözünü fəlsəfə sözünün sinonimi kimi işlədir. Ərəstunun təsnifatında, eləcə də “İlahiyyati-şifa” kitabının başlanğıcında hikmət nəzəri və əməli olmaqla iki qrupa bölünür. Nəzəri hikmət deyəndə bizim ixtiyarımızda olmayan varlıq nizamı, əməli hikmət deyəndə bizim ixtiyarımızda olan nizam nəzərdə tutulur.

Təfsirçilərin nəzəri budur ki, hikmət Quran və sünnədəki bəsirətverici öyüdlərdən ibarətdir. Bu agahlıqlara, mərifətə sahib olan insan böyük nemətə çatır. Bu agahlıqlar elm və bilik üzərindən böyük pərdələri qaldırır.

Allah-Taala alimləri başqa zümrələrdən üstün məqamda yada salır. Buyurulur: Məgər bilənlərlə bilməyənlər eyni olarmı?! Bu iki qrup arasında olan böyük fərqi alimlər anlayır.

Mucadilə surəsində iki üstünlük meyarı ilə rastlaşırıq. Ayədə Allah-Taala iman gətirənlər və alimləri ayrıca qeyd edir.

Tələbə və şagird öz məhəbbətini müxtəlif yollarla ustada bildirə bilər. İslam maarifində alim və elmin yüksək dəyəri var. Elm əhli ilə, elmi məclislərdə əyləşmək rəvayətlərdə yüksək dəyərləndirilir. İmam Musa ibn Cəfər (ə) xarabalıqda alimlə əyləşib söhbət etməyi abadlıqda cahillə söhbət etməkdən üstün tutur. Bu əsasla, təhsil alanlar universitet, məktəb, mədrəsənin zahiri görkəminə, bərbəzəyinə çox diqqət yetirməməlidir. Abadlıq baxımından ən pis vəziyyətdə olan bir yerdə elm öyrənməyin fəziləti böyükdür. Elmin dəyəri, ustadın dəyəri, ustada ehtiram dərs keçilən yerin əzəməti ilə bağlı deyil.

Tələbə və şagirdlər Əmirəl-Möminin Əlinin (ə) bir buyuruğunu heç zaman unutmamalıdırlar. Həzrət buyurur: “Mənə bir söz öyrədən məni özünə qul etdi.” Həzrətin bu sözü tələbə və şagirdlərin qulağnın sırğası olmalıdır. Bunu yaddan çıxarmayanlar müəllimin ehtiramını gözləməyə müvəffəq ola bilərlər. Ustad və müəllimin yüksək məqama malik olduğunu təsdiqləyən hədislərdən biri müəllimin bir ata olaraq tanıtdırılmasıdır. Elm atası insan üçün həqiqi atadan üstün məqama malikdir. Hədisdə oxuyuruq: “Sənin üç atan var: Səni dünyaya gətirən ata, sənə elm öyrədən ata, qızını sənə ərə verən ata. Bu üç ata arasında ən üstünü sənə elm öyrədən atadır.” Xacə Nəsirəddin Tusi elm atasının üstün olmasını bununla əlaqələndirir ki, həqiqi ata fiziki varlığına sahibdir, elm atası ruhuna. İnsanın ruhu onun cismindən üstün məqama malikdir. Elə bu baxımdan insanı ruhən tərbiyə edən atanın da məqamı yüksəkdir. Buyurulur: Müəllimə məhəbbət Allaha məhəbbətlə valideynə məhəbbət arasında yer tutur.

Allah-Taala Qurani-Kərimdə Həzrət Musa (ə) Həzrət Xızrın (ə) əhvalatını yada salır. Bu ayələr “Kəhf” surəsində yer almışdır. Həzrət Musa (ə) ulul-əzm peyğəmbərlərdən idi. Bununla belə, hətta peyğəmbərlik məqamına çatdıqdan sonra Allah-Taala onun elmi və mənəvi məqamını yüksəltmək üçün Həzrət Xızrı (ə) ustad təyin edir. Mərhum Əllamə Təbatəbai “əl-Mizan” təfsirində hadisə ilə bağlı müəyyən nöqtələri yada salır. Əllamənin buyurduğuna əsasən, ayələrdə həzrət Musa (ə) ustadı bir yoldaş yox rəhbər kimi yada salır. Buyurur: İcazə verirsiniz, sizə itaət edim? Həzrət Musa (ə) özünü rəsmi şəkildə Həzrət Xızrın (ə) şagirdi adlandırır. O şərt kəsmir ki, mənə elm öyrətsən sənə itaət edəcəyəm. Deyir ki, mən sənə itaət edirəm, olsun ki, mənə bir şey öyrədəsən. Həzrət Musa (ə) Həzrət Xızrın (ə) elmini yüksək dəyərləndirir, və onun naməlum bir mənbəyə aid elm olduğunu yada salır. Ona görə də “bildiklərin” yox, “öyrətdiklərin” sözünü işlədir. Həzrət Musa (ə) Həzrət Xızrın (ə) elmini bir tərəqqi kimi vurğulayır. Bu elmi bir əmr sayaraq həmin elmə qarşı çıxmağı itaətsizlik kimi görür.

Ayələrdən aydın olur ki, Musa (ə) qəti vəd vermir. O “inşaallah” deyərək, yenə də Allaha münasibətdə ədəbə riayət edir. Buyurur: Əgər Allah istəsə, məni dözümlü görəcəksən.

Ustad və müəllimə ehtiram göstəricilərindən biri onların qarşısında təvazö, sadəlikdir. Təvazökarlıq şagirdin məqamını nəinki aşağı endirmir, əksinə onun məqamını yüksəldir. Həzrət Musa (ə) ilə Həzrət Xızrın (ə) əhvalatında buna şahid oluruq. Ulul-əzm olan bir peyğəmbər öz ustadının qarşısında ədəb gözləyərək təvazökarlıq edir. Əhvalatın əvvəlində Həzrət Musa (ə) Həzrət Xızrdan (ə) onu özünə yoldaş götürməsini tələb yox xahiş edir.

İmam Sadiq (ə) təvazökarlığı tələbə və şagirdin vəzifəsi sayaraq buyurur: “Elm öyrəndiyiniz şəxsə münasibətdə təvazökar olun.” Şəhid Sani bu barədə maraqlı bir hekayət söyləyir: “Həmdan İsfəhani deyir ki, Şərikin hüzurunda olduğum zaman xəlifənin övladlarından biri otağa daxil oldu və divara söykənərək bir hədis barədə Şəriklə sual-cavaba başladı. Şərik ona diqqət yetirmədi və üzünü bizə tərəf çevirdi. Xəlifənin oğlu sualı təkrarladı. Şərik yenə də ona cavab vermədi. Nəhayət xəlifənin oğlu etiraz etdi ki, mənim sualıma cavab verməməyin mənə qarşı təhqirdir. Şərik dedi ki, elm Allahın yanında o qədər əzəmətlidir ki, mən onu kiçiltmək səlahiyyətinə malik deyiləm. Bu sözdən sonra xəlifənin oğlu Şərikin qarşısında iki dizi üstə əyləşdi. Şərik buyurdu ki, elmi bu vəziyyətdə öyrənərlər.”

Ayətullah Həsənzadə Amuli Əllamə İlahi Qomşei haqqında deyir: “Dərs zamanı özü də bilmədən ustadın ayağından öpdüm. O dizi üstə oturduğundan ayağından öpmək asan oldu. Amma bunu hiss edəndə çox narahat oldu və mənə etiraz etdi. Ərz etdim ki, mənim boynumda böyük haqqınız var. Özümü sizin əlinizi öpməyə layiq bilmirəm, ayağınızı öpməklə təskinlik tapıram. Ustadı dəfn edən zaman onun cənazəsinin ayaq tərəfindən tutmuşdum. Həmin günü xatırladım. Əhdi təzələmək istəsəm də izdiham buna imkan vermədi.” Əllamə Rəfii Qəzvini barədə cənab Həsənzadə deyir: “Dərs başa çatandan sonra mənə işarə etdi ki, mən qalım. Hamı getdi mən qaldım. Mənə buyurdu ki, siz Qüsusul-Hökmə Qeysərinin şərhini cənab Fazil Tuninin hüzurunda oxuduğunuzu dediniz. Mən onun sözünü təsdiqlədim. Soruşdu ki, Misbahu-Uns kitabını oxumusunuz? Dedim ki, oxumamışam. Dedi razısınız ki, həmin kitabı ikilikdə oxuyaq? Mən onun dizindən öpüb ağlamağa başladım. Dedim ki, axı mən kiməm sizinlə birlikdə oturub dərs oxuyam?!”

Bəli, ustad qarşısında təvazö insanın elminin artmasına, səmərəyə çatmasına böyük yardım edir. Ayətullah Həsənzadə Amulinin bugünkü məqamı həm də onun ustadlara ehtiramı ilə bağlıdır. Nəql edir ki, bir gün İlahi Qomşei mənə elm yolunda xeyrə çatacağımla bağlı müjdə verdi. Mən amin dedim. Bunun dəlilini soruşdum. Dedi bunun dəlili sənin ustadlara göstərdiyin ehtiramdır!”

Şagird və tələbə danışarkən ustadın şənində olan sözlərdən istifadə etməlidir. “Ay kişi”, “axı nə üçün”, “mən qəbul etmirəm” kimi sözlərdən istifadə etmək münasib deyil. Tələbənin danışığda nəzakəti nəqədər yüksək olarsa ustada münasibətdə Allahı bir o qədər razı salmış olar.

Əgər tələbə ustadın sözündə şübhəli nöqtə görərsə, “mən bunu qəbul etmirəm” əvəzinə, “bunun səbəbini soruşsalar nə cavab verək” desə daha münasibdir. Dərs zamanı, ustad danışarkən diqqəti ustaddan yayındırmaq, yanaşı əyləşmiş şəxslə söhbət etmək, mövzudan kənar kitaba baxmaq hörmətsizlikdir.

İmam Sadiq (ə) cəddi Həzrət Əlidən (ə) belə nəql edir: “Ustadın tələbə üzərində haqlarından biri budur ki, çox və israrla sual verməsin.” Bir şəxs həzrət Əliyə (ə) o qədər sual verir ki, həzrət buyurur: “Elm öyrənmək üçün soruş, əziyyət vermək üçün soruşma. Hidayətdən başqa bir şeyin ardınca gedən nadandır.” Əmirəl-Möminin Əli (ə) alim və ustadla ünsiyyət barədə belə tövsiyə verir: “Alimin haqlarından biri budur ki, ondan çox soruşmayasan, libasından tutmayasan, alim bir qrup şəxslə əyləşdiyi zaman otağa daxil olanda hamıya salam verib, ustada xüsusi ehtiram göstərəsən, ustadın düz qarşısında və ya arxasında əyləşmiyəsən, əlin və gözünlə kiməsə işarə etməyəsən, çox danışmayasan, məclisdəki izdiham səni darıxdırmasın. Alim xurma ağacı kimidir. Gərək gözliyəsən ki, bu ağacdan meyvə düşsün. Alimin savabı oruc tutub gecəni oyaq qalan, Allah yolunda cihad edən kəsdən üstündür.” Hədisin təfsiri ilə bağlı Əllamə Məclisi bəzi nöqtələri bəyan edir. Buyurur ki, çox sual vermək deyəndə alimin məlumatı olmayan sahələrdə sual vermək nəzərdə tutulur. Bu halda alimin zəifliyi üzə çıxır. Bu işi görmək bəyənilmir. Əlbəttə ki, həddi aşan qədər sual vermək də pisdir. Alimin libasından tutmaq deyəndə ondan bir şeyi təkidlə soruşmaq nəzərdə tutulur. Adətən bir adam o birindən bir şey istəyəndə və o şəxs verməyəndə birinci şəxs onun libasından tutur. Tələbə ustada münasibətdə belə olmamalıdır. Harada oturmaqla bağlı tövsiyələrdə nəzərdə tutulur ki, tələbə başqalarının ustadla ünsiyyətinə mane olmayacaq bir yerdə oturmalıdır. Alimin arxasında oturmaq pis sayılır. Onun sağında və solunda, alimlə üzbəüz oturmaq olar. Bir şərtlə ki, başqasının ustadla ünsiyyətinə mane olmayasan. Mərhum Məclisi alimin savabının oruc tutub gecə oyaq qalan, Allah yolunda vuruşan insandan daha böyük savaba malik olması haqqında buyurur: “Alim elmdə cihadla, batil əqidələri aradan qaldırmaqla bir çox insanların oruc tutmasına, gecə ibadət etməsinə, Allah yolunda vuruşmasına səbəb olur. Birincilər isə yalnız alimin hədəflərini həyata keçirən nümunələrdir. Əgər bir mücahid bir kafirin qarşısında dayanırsa, alim öz elmi ilə kafir qövmün qarşısında dayanır.

Alim və ustada ehtiram yollarından biri budur ki, o səhvə yol verəndə şagird və tələbə qəti etiraz etməsin. Bəli, irad bildirmək öz-özlüyündə yaxşıdır. Amma bu işi cəmiyyət içində görmək, ustadı hörmətdən salmaq bəyənilmir. Tələbə və şagird öz iradını başqa bir yerdə, başqa bir şəraitdə ustada çatdıra bilər. Əgər ustad sinifdə bir mövzunu kifayət qədər aydın izah etməyibsə ardıcıl suallarla onu yormaq olmaz. Əgər tələbə görürsə ki, müəllim bir məsələdən xəbərdar deyil, bu məsələ ilə bağlı sual verməməlidir.

Həzrət Ayətullah Həsənzadə Amuli bu mövzu ilə bağlı bir xatirə nəql edir. Söhbət Fazil Tuninin Şifa dərsi barədədir. Cənab Həsənzadə nəql edir ki, bu dərsdə məndən başqa biri yox idi, ustadın hüzurunda tək olurdum. Dərslərdən birində ustadın suallara könülsüz cavab verdiyini gördüm. Düşündüm ki, bəlkə də dərsi yaxşı mütaliə etməyib. Sonrası gün ustad Şeraninin dərsində ustada dedim ki, ötən gün cənab Fazil Tuni Şifa dərsini düzgün tədris etmədi. Mən danışdığım zaman cənab Şerani yazı yazırdı. Başını qaldırmadan narazı bir səslə buyurdu: “Dərslərinin sayını azalt, Şifanı öncəsən yaxşı mütaliə et, bir qədər çox zəhmət çək.” Mən narahat oldum. Ağlıma gəldi ki, ustad Şerani onun da haqqında başqa ustadlara belə dediyimi düşünür. Növbəti dərsdə yenə də nigaran idim. Ustad bunu hiss edirmiş kimi mənə üz tutub buyurdu: “Sizin ötən günki etirazınız yerli idi. Ustad Fazil Tuni iflic olub. Hazırda xəstəxanadadır. Onun dərsindəki çatışmamazlıq da vəziyyətinin yaxşı olmaması ilə bağlı olub. ... Cənab Şeraninin dərsi başa çatan kimi xəstəxanaya tələsdim. Ustad məni görüb ağladı. Məni də ağlamaq tutdu. Onun əlindən, ayağından öpdüm. Dedim ki, əziz ustad mən sizdən səbr və dözüm öyrənməliyəm!

Ayə və hədislərdə alim və ustada hörmət barədə deyilənlər tələbə və şagirdlərin müvəffəqiyyətə çatmasında çox təsirlidir. Həqiqi alimin məqamı yetmiş min abidin məqamına bərabərdir. Elə buna görə də, İslam öz ardıcıllarına elm və alimə ehtiramı gözləməyi tapşırır. \"Eynullah Xadimi

Ayə və hədislərdə alim və ustada hörmət barədə deyilənlər tələbə və şagirdlərin müvəffəqiyyətə çatmasında çox təsirlidir. Həqiqi alimin məqamı yetmiş min abidin məqamına bərabərdir. Elə buna görə də, İslam öz ardıcıllarına elm və alimə ehtiramı gözləməyi tapşırır. \"Vilayet.nur-az.com\".

© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter