Təyəmmümün səhih olmasının şərtləri nələrdir?


Təyəmmümün səhih olmasının şərtləri:
1-Təyəmmüm üzvləri təyəmmüm alarkən (yəni alın və əllər) pak olmalıdır. Başqa üzvlər nəcis olsa da Təyəmmüm batil olmaz. Amma namaz üçün bədənin bütün üzvlərini paklamaq lazımdır.
2-Alın və əllərin üstü yuxarıdan aşağıya doğru məsh edilməlidir,
3-Üzərinə təyəmmüm edilən şeylər pak və mubah olmalıdır. (yəni qəsbi və başqasının malı olmamalıdır),
4-Təyəmmüm edərkən tərtibə riayət olunmalıdır. Yəni öncə üz sonra, sağ əl və sonra isə sol əlin üstünə məsh olunmalıdır.
5-Təyəmmüm alarkən Muvalata riayət olunmalıdır. Yəni təyəmmümdə fasilə vermədən üz və əllərə məsh olunmalıdır.
6-Əli ilə alın arasında, eləcə də əlin içi ilə arxası arasında məsh edərkən bir şey fasilə salmamalıdır.
Mənbə: Ürvətül-Vüsqa, 1-ci cild, səh: 495; \"Muctehidlərin Tövzihul Məsail\" kitabı, 692, 694, 704 və 706 ci məsələlər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter