Səksən yəhudiyi hidayət edən Fatimeyi Zəhranın (s) paltarı oldu?!


İslamın ilkin çağlarında müsəlmanlar iqtisadi cəhətdən çətin günlər yaşayırdılar, eləcə də Həzrət Əli (ə) yaşayışı İslam ümmətinin vəziyyətindən ayrı deyildi. O həzrət də dolanışında çox çətinliklərlə üz-üzə qalırdı.

Bir gün Həzrət Əli (ə) Mədinənin yəhudi sakini olan bir imkanlı şəxsin yanına gedib Fatimeyi Zəhranın (ə) paltarını girov qoyaraq bir miqdar arpa aldı. Həmin günün axşamı gəlib çatdı. Fatimeyi Zəhranın (ə) paltarını girov alan yəhudi evə gəldi və paltarı bir yerə qoyaraq üstünü örtdü. Yəhudi kişinin qadını gəlib gördü ki, paltarın üstünə atılan parça nur kimi parıldayır!
Yəhudi tacir və xanımı tanış və yaxınlarından olan başqa yəhudiləri evlərinə çağırdılar ki, bu ilahi kəramətə baxsınlar. Yəhudilər İslam Peyğəmbərinin (s) qızının paltarının nur saçmasını görərək səksən nəfəri İslam dinini qəbul etdilər.
Mənbə: Bihar əl-Ənvar, cild, 43, səh: 30

Heç də təəccüb olunası hadisə deyil. Çünki Allah hidayət etmək istədiyi insanları müxətlif yollarla hidayət edər. Bu dastanda da Allah-Taala həm Fatimeyi Zəhranın (ə) məqamını göstərdi, həm də Yəhudinin saleh əməlinin qarşısında bir hidayət çırağı yandırdı.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter