Cünub şəxsə haram və məkruh olan şeylər nələrdir?


Məsələ 354: Cünuba beş şey haramdır:

1. Öz bədənindən hər hansı bir yeri Qur`anın yazısına ya Allahın adına (hansı dildə olsa) toxundurmaq. Peyğəmbərlərin, İmamların və Həzrət Zəhranın (ə.s) da adlarına toxundurmaması daha yaxşıdır.

2. Məscidul-Hərama və Peyğəmbər (s) məscidinə girmək. Bir qapıdan daxil olub, digər qapıdan xaric olsa belə.

3. Başqa məscidlərdə və vacib-ehtiyata əsasən İmamlar (ə.s)-ın hərəmlərində dayanmaq. Amma məscidin bir qapısından daxil olub, digər qapısından xaric olduğu halda, maneəsi yoxdur.

4. Lazım-ehtiyata əsasən, bir şeyi məscidə qoymaq, ya bir şeyi məsciddən götürməkdən ötrü daxil olmaq Hərçənd özü daxil olmasa belə.

5. Vacib səcdəsi olan ayələri oxumaq. Onlar bu dörd surədədir:

32-ci «Səcdə» surəsi; 41-ci «Fussilət» surəsi; 53-cü «Nəcm» surəsi; 96-cı «Ələq» surəsi.



Məsələ 355: Doqquz şey cünuba məkruhdur: =

1-2. Yemək-içmək. Lakin əllərini və ya üzünü yusa və məz-məzə edərsə (ağızı su ilə yaxalasa), məkruh deyil. Əgər yalnız əllərini yusa kərahəti azdır.

3. Qur`anın vacib səcdəsi olmayan surələrdən yeddi ayədən artıq oxumaq.

4. Bədənindən hər hansı bir yerini Qur`anın cildinə, haşiyəsinə, ya yazılarının arasına toxundurmaq.

5. Qur`anı özü ilə, öz yanında gəzdirmək.

6. Yatmaq; amma dəstəmaz alsa, yaxud suyun olmamağı səbəbinə qüslün əvəzinə təyəmmüm etsə, məkruh deyil.

7. Həna və buna bənzər şeylərə boyanmaq.

8. Bədənə yağ çəkmək.

9. Möhtəlim olandan (yə`ni yuxuda məni xaric olandan) sonra cinsi əlaqədə olmaq.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter