Dəstəmazın baş və ayağ məshində müştərək hökmlər hansılardır?


Dəstəmaz alarkən məsh üzvləri olan baş və ayağ bölməsində müştərək hökmlər vardır ki, onlara diqqət olunmasa dəstəmaz batil olar.
Dəstəmazın baş və ayağ məshində müştərək hökmlər:

1-Məsh etməkdə gərək əl dəstəmaz işini görmüş olsun. Əgər məsh üçün baş və ya ayaqlar hərəkət edilsə, dəstəmaz batil olar. Amma məsh edən zamanda əgər üzvləri bir balaca hərəkətli olsa eybi yoxdur.

2-Məsh etmək üçün əlində su qalmasa, başqa yerdən yenə də su götürməyə icazəsi yoxdur. Məsh üçün dəstəmaz üzvlərinin suyunda nəmişlik götürə bilər.

3-Əlin suyu o qədər olmalıdır ki, məsh üzvlərində nəmiş yarada bilsin.

4-Məsh yerləri (baş və ayaqların üstü) gərək quru olsun. Yəni əgər məsh üzvləri əgər nəmiş olarsa, gərək məsh üçün öncə qurudulsun. Əgər məsh üzvlərinin yeri bir miqdar nəmiş ola ki, əlin suyundan az olsa məshə maneə hesab olunmur.

5-Məsh üzvləri olan baş və ayaqların əlin çəkilməsi zamanında mane olmamalıdır. Yəni məsh edən zaman başa papaq, ayaqda corab olması dəstəmazı batil edər. Hətta nazik mane belə olsa dəstəmaz üçün işkallıdır. (Əgər məsh üzvlərinə məsh etmək zərər yetirərsən gərək şəri borcunu öyrənsin təyəmmü alsın və ya cəbirə dəstəmazı).

6-Məsh üzvləri gərək pak olsun. Əgər məsh üzvlərində nəcislik olsa və onu təmizləmək mümkün olmasa, dəstəmaz əvəzinə təyəmmüm alacaqdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter