Şəriətə görə alqı-satqısı haram olan alverlər hansılardır?


İslam şəriətinə görə hər bir müsəlman şəxsin ticarətində alqı-satqısı 5 hökmdən birinə sahib olur. Yəni Haram, məkruh, Vacib, müstəhəb, və mubah olan alqı-satqılar bu yazımızda İslam şəriətinə görə Ticarətdə haram alqı-satqılar:

1-Nəcis şeylərin alqı-satqısı haramdır, murdar olan heyvanın ətinin satılması kimi,
2-Haram üçün istifadə olunan şeylərin alqı-satqısı qadağandır, misal üçün qumar alətləri,
3-Qumar uduşu və oğurluqla ələ gələn şeylərin alqı-satqısı haramdır,
4-Azdırıcı kitabların alqı-satqısı qadağandır, misal: İslamın ziddinə fikirləri təbliğ edən kitabların alqı-satqısı haramdır,
5-Cəmiyyətdə dəyərsiz olan pullarla alqı-satqısı haramdır,
6-İslam düşmənlərinə müsəlmanların ziddinə güclənməsinə səbəb olan əşyaların satılması haramdır,
7-İslam düşmənlərinə müsəlmanların əleyhinə silah satmaq haramdır,
8-Gələcəkdə haram ola biləcək alqı-satqılar, Yəni əgər dini alimlər alqı-satqısı müsəlmanların qeyri-müsəlmanlarla İslam ümmətinin ziyanı olaraq dəyərləndirilərsə, onu etmək də qadağan olunacaqdır.

Məhəmməd Huseyin Fəllahzadə, Şəri hökmlərlə tanışlıq kitabı, alqı-satqı bəhsi, səh: 207.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter