Qəza namazlarına nisbətdə insanın müxtəlif vəzifələri hansılardır?


Qəza namazına nisbətdə müsəlman bir şəxs müxtəlif vəzifələrlə üzləşə bilər:

1-Qəza namazının olmamasını bilir, heç bir şey ona vacib deyildir,

2-Qəza namazının olması və ya olmaması arasında şəkk edir, yenə də heç bir şey ona vacib deyil,

3-Güman edir ki, qəza namazı qalmışdır, müstəhəbdir ki, ehtiyat edərək qəzaya getmiş namazın börclarını ödəsin,

4-Qəza namazının olduğunu bilir, amma nə müddətlik qəza namazı qalmışdır, onun haqqında heç bir biliyə sahib deyil, misal üçün dörd və ya beş günlük qəza namazı olduğunun arasında şəkk edirsə azını etməklə şəri borcunu ödəmiş olur.

5-Əgər qəza namazının neçə gün olduğunu bilirdi, amma yadından çıxartdı, əgər az saynı qılmış olsa, ilahi borcunu ödəməkdə kifayət edər,

6-Qəza namazının sayını dəqiqliklə bilirsə gərək hamısını qılsın, qəza namazını qıla bilməsə gərək özündən sonra varislərinə xüsusən də böyük oğluna vəsiyyət etməlidir və onun borcudur ki, atasının namazını qılsın, amma ananın qəza namazının qılınması vacib deyil, qılınsa İlahi savab əldə olunur.

Məhəmməs Huseyin Fəllahzadə, Şəriətlə tanışlıq kitabı, Qəza namazının bəhsi, səh: 136-137.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter