Kimlərin namazı səfərdə bütöv qılınmalıdır?


Səfərə çıxan şəxsin 4 rəkətli namazı 2 iki rəkət olacaqdır. Amma İslam şəriətində isə 5 dəstə namaz qılan şəxsin səfərdə Zöhr, Əsr və İşa namazı bütöv qılınmalıdır:

1-Səfərə çıxanda təyin etdiyi məsafə ölçüsünün içində vətənin içindən keçsə, və ya məsafətin arasında 10 gün bir yerdə qalmaq niyyəti olsa namazı bütöv qılmalıdır,

2-Vətənindən çıxanda namazın qəsr qılınması üçün lazım olan şəri məsafəni getməyə niyyəti olmaya, amma məsafəsi şəri ölçüdən çox olsa belə namazı tamam qılmalıdır. Misal üçün nəsə almaq üçün bir şəhərə gedə tapa bilməyə sonra yenə də başqa yerə getməli olsa, vətəni arasında şəri məsafədən çox yol getsə belə namazı tamam olacaq.

3-Qəsd etdiyi şəri məsafədən, səfərinin ortasında fikrindən dönsə getdiyi yerlərdə və qayıtdığı yolda namazı tamam qılmalıdır.

4-İşi səfər olan şəxsin namazı tamam qılınmalıdır. misal üçün, gəmişi, pilotçu, taksici və pravadniklərin namazı səfərdə bütöv qılınmalıdır.

5-Səfəri haram ola və ya haram üçün olan şəxsin namazı bütöv qılınmalıdır. misal üçün övlad valideynin narazılığı ilə, qadın həyat yoldaşının icazəsi olmadan və eləcə də qul sahibinin icazəsi olmadan səfərə çıxsa gərək 4 rəkətli namazlarını bütöv qılsın.

(Məhəmməd Huseyin Fəllahzadə, Əhkamla tanışlıq kitabı, müsafir namazının hökmləri, səh: 131).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter