Sakkal qırxmağın qadağan olunmasının fəlsəfəsi nədir?


Tarix boyunca fiqh elmində nəzəriyyə sahiblərinin çoxu sakkalı qırxmağı icazəli bilməyiblər. Bu fiqhi baxışın dini söykənəcəyi isə rəvayətlər və səhabələrin bu əmrin ziddinə getməməsidir.

Rəvayətlərdə sakkalı qırxmağ məzəmmət olunubdur: Peyğəmbər (s) buyurdu: \"Bığlarınızı qırxın (qısaldın), amma sakkalı uzadın, (sakkalı qırxmaqla) özünüzü yəhudilərə oxşatmayın\". Başqa bir rəvayətdə Peyğəmbər (s) sakkalı uzatmağı insanın yaradılış ehtiyacı və fitrətə uyğun əməl hesab etmişdir.
Buna oxşar çoxlu hədislər var ki, sakkal qırxmağı qadağan etmişdir.
Diqqət etməliyik ki, belə fəri və yardımcı şəri istəklər Allah tərəfindən bəndələrin nə həddə İlahi əmrlərə tabe olmasının göstəricisidir. Necə ki, namazların neçə rükət olmasını başa düşmək mümkün olmamışdır.

Bu növ hökmləri qəbul etməyimizin əsası isə bu şəri istəyin dini qaynaqdan gəlməsidir ki, onda məntiqin və etimadın olması insan üçün aşkardır.
Sakkal qırxmağı təbii səbəblər və sanitar xasiyyətləri cəhətindən nəticəyə çatdırmaq istəsək bir şey əldə edə bilmərik. Necə ki, çox sayda ibadi istəklər bu cürdür.
Mərhum Ayətullah Xoi sakkalı qırxmağın haramlığı haqda bir neçə dəlili sadalamışdır:
1-Sakkalı qırxmağ Allahın yaratdığı vəziyyətdə dəyişiklik etməkdir, bu da qadağandır, (Nisa/118).
2-Rəvayətlərdə gəlmişdir ki, sakkalı uzadın və bığları kəsin, Məcus və Yəhudilərə oxşamaqdan çəkinin,
3-Cəfərilərə məxsus olan rəvayətlərdə gəlmişdir: Sakkalı kəsən adama Allah lənət edər,
4-Rəvayətlərdə gəlmişdir ki, Allah düşmənlərinin yolu getmək icazəli deyildir. Sakkalı qırxmaq da özünü ilahi düşmənlərə oxşatmanın bariz nümunəsidir.
5-Peyğəmbər (s) İran padişahının 2 elçsinin cavabında buyurdu: \"Vay olsun sizlərə, Niyə bu cürəsiiniz?! O kisi dedilər: Padişahımız bizə belə olmağı əmr etmişdir. Amma Məni Yaradan Allahım mənə əmr etmişdir ki, Sakkalımı saxlayam və bığımı qırxam!.
6-İmam Əlinin (ə) bu haqda buyurduğu: \"Bir dəstə tayfa var idi ki, sakkallarını qırxdılar və bığlarını saxladılar. Sonucda məsx (heyvani simaya) məsx olundular\".
Mərhum Xoi bu hədisi sakkal qırxmağın qadağan olmasına aydın və aşkar dəlil hesab edir. İmam Rzadan (ə) nəql edirlər: \"Peyğəmbər (s) dövründəki dindar təbəqələrin bu sünnətə əməl etməsi. Sakkalı qırxmağın qadağan olunmasına ən kamil dəlil hesab olunur\".

Nəticədə: Sakkalı qırxmağın qadağan olunmasına əsas iki dəlil qeyd olunur:
A) Rəvayətlərdə bu əməl məzəmmət olunmuşdur.
B) Peyğəmbər (s) dövründəki dindar təbəqələrin bu sünnətə əməl etməsi.

Mənbələr:
1-Şeyx Hurr Amili, Vəsail əş-Şiə, cild: 2, səh: səh: 59. Alul Beyt mərkəzinin çapı.
2-Muhəddis Nuri, Mustədrək əl-Vəsail, cild: 1, səh: 59.
3-Xoi ağanın dərslərindən Tövhid Təbrizinin qələmi ilə yazılar qeydiyyatlar, cild: 1, səh: 257-261.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter