Yeni doğulmuş uşağla bağlı sünnətlərdən yazın?


İslam dinində insanın həyatına aid olan məsələlərdə xoşbəxtlik və nəticəsi faydalı olan qanunlar gəlmişdir. Yəni insanın özünə və ailəsini hidayət edən dusturların hamısını ehtiyacları təmin etmək üçün əldə etmək mümkündür. Eləcə də, ailədə yeni doğulmuş uşağla bağlı İslam maarifində sünnətlər gəlmişdir, bir neçəsinə işarə edirik:

1-Yeni doğulmuş uşağın iki qulağın azan və iqamə demək müstəhəbdir. İslam Peyğəmbəri (s) bu haqda buyurur: \"Allah hər kimə övlad nəsib etsə, gərək uşağının sağ qulağına azan və sol qulağına iqamə zikrlərini oxusun ki, valideynin bu əməli səbəb olar ki, uşağ lənətlənmiş şeytanın şərrindən amanda qalsın\",

2-Müstəhəbdir ki, uşağın qulaqlarına azan və iqamə oxunmazdan öncə körpənin ağzının dadını xurma ilə tanış etsinlər. Necə ki, Allah Rəsulu İmam Həsən və Huseynin (ə) haqqında bu sünnəti etmişdi.

3-Yeni doğulmuş uşağ üçün əqiqə (yəni qurban kəsmək) müstəhəbdir. Yəni qoyun, inək və ya dəvəni uşağın dünyaya gəlişi münasibəti ilə qurban etsinlər. Valideyin kəsdiyi qurbanın ətini harada istəsə işlədə bilər. (kasıblara paylasa daha çox savaba yetişməsi mümkündür).

4-İmam Sadiq (ə) buyurur: Əqiqənin (kəsilmiş qurban ətinin) ətini valideyinlərin yeməsi bəyənilmir.

5-İslam təlimlərinə əsasən oğlan uşağı doğulmasından 7 gün sonra sünnət olunmalıdır.

6-Oğlan uşağın sünnət olunan vaxtda nəql olunan duanın oxunması bəyənilir.

7-Uşağı dünyaya gətirən ana üçün müstəhəbdir ki, birinci yeməyi xurma olsun. Peyğəmbər (s) buyurur: \"Uşaq dünyaya gətirən ana gərək birinci xurma yesin, çünki
Allah-Taala İsa (ə) dünyaya gətirən müqəddəs Məryəmə buyurdu ki, təzə xurmadan ye. Ananı bu istəyə əml etməsi səbəb olar ki, uşaq səbirli olsun.

8-Yeni doğulmuş uşağı sarı parçaya bükmək bəyənilmir, məsumların sünnəti budur ki, körpə ağ parçaya bükülmüş olsun.

9-Müstəhəbdir ki, uşağın saçı 7 ci günündən sonra qırxılsın. Saçının qramı çəkisində gümüş və ya qızıl Allah yolunda sədəqə verilsin.

10-Müstəhəbdir ki, əgər körpə qızdırsa 7-ci günündə qulağının yumğaq tikəsində sırğa üçün dəlik açılsın.
- Əgər uşaq üçün zərər olmasa müstəhəbdir uşağın yüyulması. ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter