Günahın fəlakət gətirən 3 təsiri hansılardır?


Günahın fəlakət gətirən 3 təsiri:

Məqaləmizi suallarla başlayaq:
- Günah etməklə heç bilirsiniz hansı fəlakətləri həyatınıza hədiyyə edirsiniz?
- Şübhəsiz ki, bilmirsiniz və ya qəflət edirsiniz, çünki ağıllı insan heç zaman elə bir iş görməz ki, sonrası peşmanlıq gətirsin və ya başaşağılıq!
-Bu məqalədə günahın atəşi haqda danışacağam ki, güman edirəm kömək edə günahlardan qorxaraq geri çəkilməyə ciddi yanaşasınız!

Abidlərin zinəti olan İmam Səccad (ə) günahların 3 əsas fəlakətini belə açıqlayır:

1-Günahın birinci həlak edici təsiri: Zillət geyimini əyinə geyinməkdir.
İnsan günah etməklə Allah dərgahında zəlil və dəyərsiz olar. Əgər bu əskiklik insanın ruhuna həkk ola və tövbə ilə yüyülməyə qiyamətdə günahkar şəxs üçün nicat yolu yoxdur. Qurani Kərim buyurur: “Tərəziləri yüngül gələnlər (pis əməlləri yaxşı əməllərindən çox olanlar) isə ayələrimizə haqsızlıq etdiklərindən özlərinə zərər eləyənlərdir.” Əraf/9.
Ayənin təfsiri: Varlıqları ziyan içində batdı, o qədər dəyərsiz insanlar oldular ki, qiyamətdə nicat verəcək tərəziyə düşə bilmədilər. Əgər bu günahlar aşkar olunsa isə ailə içində, tanışlar və cəmiyyət baxışında abrıları gedər və dəyərsiz olarlar.

2-Haqqa yaxın olmaqdan məhrum olarlar.
İnsanların günahları səbəb olar ki, Allah dərgahından uzaqlaşsınlar. Bu haqq dərgahından uzaqlaşma o dərəcəyə çatar ki, insan hər növ ibadət və insanlara xidmət edib yaxşı işləri görməkdən məhrum olar. Paklıq ruhiyyəsi insanda məhv olanda isə heyvanların cərgəsində olan varlığıa çevrilər. Qurani-kərim buyurur: “Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!” Əraf/179.

3-Günahın bütün təsirlərindən yaranan ən böyük fəlakət isə insan varlığında qəlbin ölməsidir.
İmam Səccad (ə) bu ziyanın ən böyük cinayət təsiri hesab etdiyini bildirərək, Yaradana sığınır.
O zaman ki, qəlb öldü diri Allah ölmüş varlıq ətrafında hansı nurları əta edər?! Ölmüş qəlbə rəhmaniyyət sifəti nur saça bilməz! Çünki qəlbi ölmüş insanın nur qəbul etmə qabiliyyəti məhv olmuşdur! İmam Əli (ə) ölmüş insan qəlbi haqda buyurdu: “Siması insan simasıdır, amma qəlbi heyvani qəlbə bənzər! “Nəhcül-Bəlağə, xütbə: 85.
Amma bu xəstəliyin müalicəsi: Günahın yeganə dərmanı tövbə etməkdir. İlahi yola tövbə ilə qayıtmaq yəni itmiş izzəti qaytarmaq, ölmüş insanı dirildib şəxsiyyətini qazandırmaq deməkdir. tebyan.net


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter