Tövbə etməyin və günahları bağışlatmağın yolları nələrdi?


Tövbə etməyin və günahları silməyin yolları:
Quran ayələrində və çoxlu rəvayətlərdə tövbə etməyin və günahları bağışlatmaq üçün tövbə edən şəxslərə tələbatlar istənilib və yollar tövsiyə olunub ki, biz onlardan bəzilərinə işarə edirik:

1-Gizli kömək və bəyənilən sədəqələr etmək:
Quran buyurur: “Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır!” Bəqərə surəsi, ayə:271.

2-(Günahlı məkanlardan) Hicrət və (çətinliklərlə qarşılaşdıqda) cihad etmək.
Quranda buyurur: “Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!” Ali-İmran/195.

3-Böyük günahlardan çəkinməklə (keçmiş günahlardan peşman olduğunu göstərmək)
Quran buyurur: “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq.” Nisa/31.
- Böyük günahlar O dəstə günahlara deyilir ki, Quranda onlar üçün əzab olunması deyilmiş olsun və ya rəvayətdə o dəstə günahların cəzası gəlmişdir, və ya əql və mömin dəstə edilən günahları böyük günah olaraq tanısınlar. Baxmıyaraq ki, o dəstə günahlar haqda quran işarə belə olunmasa böyük günah hesab olunur. Misal olaraq müsəlmanların sirrini düşmənlər yanında aşkar etmək, və ya kafirlər üçün casusluq etmək həm əqlin baxışında eləcə də İslam ümmətinin nəzərində böyük və bağışlanılmayan günah hesab olunur. Baxmıyaraq ki, bu haqda heç bir ayə və hədis işarə etməmişdir.

4-Yaxşı işlər görmək, Quranda bu haqda oxuyuruq:
“ ... Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır).” Hud/114

5-Borc vermək,
Quranda buyurur: “Əgər Allaha (Allah yolunda) gözəl (könül xoşluğu ilə) bir borc versəniz, (Allah) sizin üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah qədirbiləndir, həlimdir! Təğabun/17.

6-Təqvalı olmaq,
Quran buyurur: “Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf (mərhəmət) sahibidir! Ənfal/29.

7-Başaqlarının onun haqqında dua etməsi,
Özünün peşmançılıq və tövbəsindən əlavə mömin və Allah övliyalarının duaları tövbəkarın haqqında Allahın bağışlamasına səbəblərdəndir ki, bu haqda Quran və ayələrdə bu məzmunda çox kəlamlar tapmaq mümkündür.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter