Peyğəmbər (s) hədisində günahdan daha ağır olanlar nələrdir?


Günah insan həyatında ruhi zərərlər yetinrən amildir. Hər bir kəsin əməlində baş versə pak qəlbi, böyük ləkəyi özündə yerləşdirər. Günah tozdur, artsa qəsavət olar, təkrarlansa qəlb bərkiyər rəhmsizlik bütün əməllərini əhatə edər. Əməllər səmimi olmasa və cəmiyyətdə mehribanlıqla yaşamasa düşüncəsi korluğa yönələr belə olan halda isə ölümü yada salmaz və nəsihəti qəbul etməz. Bəşər günahı o zaman bu mərhələlərə gələr çatar ki günahdan daha ağır hesab olunan 4 şeyə əl atmış olsun. Günahdan daha ağır olan və Allah əzabını və qəzəbini artıranlar ibarətdirlər:

Peyğəmbər (s) buyurur:

1-Günahı kiçik saymaq, yəni nə etmişəm ki başqaları nələr edir mənim günahım bir şey deyil ki! Bu düşüncə insanı günah etməkdə üzlü edər!

2-Günahı etməklə yanaşı, etdiyi itaətsizliyə və zülmə fəxr edə, yəni düşünə və deyə ki, etmişəm yaxşı elədim yenə də edəcək!

3-Günahı ilə fəxr etmək, nə gözəl aldatdım heç özü də başçıxarda bilmədi demək!

4-Günaha israrçı olmaq, yəni günahının yaxşı nəticələri haqda üzr gətirmək, yəni belə etdim ki, başqa işləri düzəldim, yəni yaxşı hədəfim bu işə icazə verir, bir günah etdim amma yüz savabı əldə edəcək!

Şeytan və nəfsani istəklərimizdan Allaha pənah aparırıq.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter