İmam Mehdi öz imamətini sübut edibmi?


Həzrət Mehdi (ə.f) öz İmamətinin şiə cəmiyyətinə sübutu üçün bir sıra işlər gördü:
1. Möcüzələr və kəramətlər – öncə Əbülədyandan nəql etdiyimiz əhvalatda deyilirdi: “İmam Əskəri (ə) vəfat edən vaxt bir uşaq qabağa çıxıb İmamın cənazəsinə namaz qıldı. Sonra İmam atası ilə yanaşı dəfn olundu. Bu körpə (Həzrət Mehdi (ə.f)) mənə buyurdu: “Ey Bəsri! Yanındakı məktubu mənə ver. Məktubları Həzrətə təqdim etdim. Gördüyüm bu iki nişanə uşaqdakı İmamət nişanələridir...”
Əbül-Ədyan deyir: Xadim bayıra çıxdı və dedi: “Filan məktublar var, xurcunlarınızda 1010 dirhəm var.” Oradakılar məktubları və dinarları ona verib dedilər: “Səni bu iş üçün göndərən, həqiqətən, İmamdır...”[1]
2. Məsələlərin cavablandırılması – Həzrət Mehdi (ə.f) öz nümayəndələri vasitəsi ilə xalqın suallarına cavab verirdi. Onun verdiyi cavablar İmamətinin digər bir sübutu idi. Mənbələrdə Həzrət Əhməd ibn İshaq Əşəriyə, İshaq ibn Yəquba, Həmiriyə, Məhəmməd ibn İbrahim Məhzyara, Əbülhüseyn ibn Məhəmməd Əsədiyə verdiyi cavablar nəql olunur.[2]

[1] Kəmalud-din, c.2, səh.502-503
[2] Əliəsğər Rizvani, Məhdəviyyətlə bağlı şübhələrə cavab
www.İmamzaman.az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter