imam Əli (ə) baxışında itdə olan hansı xüsusiyyətlərdir ki, insanda olsa xoşbəxtlik gətirər?


İmam Əli (ə) Buyurub: Xoş o kəsin halına ki, yaşayışı itin yaşayışı kimi olsun. Çünki itdə 10 xislət vardır ki o hər kimdə olsa xoşbəxt olar.

1.İtin məxluqat arasında layiqincə qədir-qiyməti olmaz və bu sifət miskinlərə məxsusdur.

2.İtin malı və dövləti olmaz və bu sifət dünya məhəbbətindən qırılana məxsusdur.

3.Yer kürəsi geniş olduğuna görə itin müəyyən yeri olmaz və bu sifət Aııaha təvəkkül edənlərə məxsusdur.

4.İt çox zaman ac qalar və bu sifət saleh bəndələrə məxsusdur.

5.İtin sahibi onu 100 dəfə vursa belə onun qapısını tərk etməz və bu sifət müridlərə məxsusdur.

6.İt gecələr çox az yatar və bu sifət aşiqlərə məxsusdur.

7.İti qovsalar və ona zülm etsələr belə onun qəlbində sahiblərinə qarşı kin qalmaz. Sahibləri onu çağıran zaman kin və küdurətsiz olaraq qarşı hərəkət edər və bu sifət ruhunda icad olan İlahi mənəviyyatın aradan getməsinə qorxu içində qalan bəndələrə məxsusdur

8.İtə nə yemək versəkər razı olar və bu sifət qane olan bəndələrə məxsusdur.

9.İt çox zaman sakit qalar və bu sifət Haqq-hesab günündən qorxanlara məxsusdur.

10.İt öləndən sonra ondan bir irs qalmaz və bu sifət zahidlərə məxsusdur. neva.az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter