Paxıllığın yaranmasına səbəb olan amillər nələrdir?


Paxıl insan şeytandan (lən) və Firondan da daha pisdir. Belə ki, şeytanla Fironun söhbətinə nəzər salanda görmək olur ki, şeytan paxıl insanı Firondan və özündən də pis adlandırır. Firon şeytana sual verir: “Məndən və səndən də pisini yer üzündə tanıyırsanmi?”. Şeytan (lən) deyir: “Paxıl insan məndən və səndən də pisdir. Çünki paxıllıq insanın yaxşı əməllərini yeyər, necə ki, atəş odunu yeyər və yandırar”. (Tebyan)
Paxıllıq o qədər təhlükəli bir xəstəlikdir ki, sahibini həm zahirdə və həm də batində yeyib bitirər. Həm bu dünyasını və həm də axirətini məhv edər. İmam Sadiq (ə) buyurur: “Paxıl insanın üç nişanəsi vardır: insanın arxasınca qeybət edər, üzləşən zaman yaltaqlanar, başqalarının çətinliyə düşməsindən şad olar”.
Paxıl insan həyatda heç bir zaman müvəffəq ola bilməz. İmam Əli (ə) buyurur: “Paxıl insan alicənab olmaz”.
Həzrət Əli (ə) başqa yerdə buyurur: “Paxıllıq insanı qəm və qüssəyə düçar edər”.
Bəs paxıllığı yaradan amillər hansılardır?

1. Düşmənçilik.
İnsan o zaman ki, bir insanla düşmən olar, onun xeyirini istəməz. Nemət sahibi olmasına da taqət gətirməz.

2. Təkəbbür.
Paxıl insan başqalarına təkəbbür edər. Lakin əgər onlar zəngindirsə, təkəbbür etmək üçün zəminə qalmaz.

3. Məqsədə çatmaq qorxusu.
Paxıl insan qorxar ki, həsəd apardığı insan əlində olan nemətin sayəsində onun mənafeyinə mane ola bilər. Onu məqsədinə çatmaqdan saxlaya bilər. Bir tacir kimi qorxar ki, rəqibi ondan çox sərmayə əldə edər.

4. Rəhbərlik etmək istəyi.
Adətən o kəslər rəhbərlik etmək eşqinə düşür ki, başqları ilə müqayisədə maddi imkanı daha yaxşıdır. Lakin o zaman ki, başqlarının əlində olan nemət onun əlində olandan çox olarsa, o, paxıllıq edər.

5. Zati paxıllıq.
Bəzi insan daxili xəbisliklərinə görə zati cəhətdən paxıldırlar. Onlar heç bir zaman başqalarının yaxşılığını istəməzlər. Başqlarını tərifləyən zaman onu eşitmək onlara əziyyət verər. Onlar Allah bəndələrinin müvəffəqiyyətinə taqət gətirə bilmirlər.
Paxıl insan bilməlidir ki, elə bir xəstəliyə düçar olmuşdur ki, onu Allahdan uzaqlaşdırır və şeytana (lən) yaxınlaşdırır. Çünki şeytanlar davamlı olaraq insanların pisliyini istəyirlər. Onların əlindən itən nemətlərə görə sevinərlər. Allah Təala bu hadqa buyurur: “Əgər sizə yaxşılıq çatsa, onlar narahat olarlar. Əgər başınıza xoşgəlməz hadisə gəlsə, onlar sevinərlər”.
Paxıllığı müalicə etmək üçün paxıl insan gərək həsədin ona məcbur etdiyi işlərin əksini yerinə yetirməyə çalışsın. Misal üçün, əgər həsəd onu vadar edirsə ki, həsəd apardığı şəxsin abrını aparsın, əksinə - həmin şəxsi tərifləməyə başlasın. Əgər ona bəxşiş etməməyə vadar edirsə, əksinə – daha çox bəxşiş verməyə çalışsın. Nəticədə həsəd apardığı şəxs ona sevgi bəsləyəcəkdir. Bu sevgi həsəd aparan şəxsi də dəyişdirəcəkdir. Bu sevgi həsədin köklərini qurudacaq və paxıl insanın xasiyyətini dəyişdirəcəkdir. Paxıllığı müalicə etmək üçün təkəbbür, hərislik və özünü sevmək kimi hisslərlə əlaqəni kəsmək lazımdır. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter