Hansı dəstə amillər ağlı məhv edir?


Ağıl da bədən üzvləri kimi daxili və xarici amillərin təsiri altına düşə bilir. Əslində ağlın kamala çatmamasına səbəb olan ən mühüm amil budur. Təsir altına düşə bilən bir ağıl, kamala çata bilməz. Hədislərimizdə ağlı məhv edən bəzi amillərin adı çəkilmişdir ki, onlara işarə edəcəyik. (Tebyan)
O dəstə amillər ki ağlı məhv edər:
1. Tamahkarlıq.
Ağlın üzərini örtə bilən və onu paslandıran amillərdən biri tamahkarlıqdır. Hər nə qədər insanın tamahı çox olarsa, ağlın işdən düşməsinə səbəb olar. Nə zaman tamah hissi artarsa, insanlığın ən mühüm şaxəsi olan ağlı təsiri altına salar. İmam Əli (ə) buyurur: “Düşüncələrin qurbangahı – arzulardır”. Uzun arzular insanı məhv edər. Xüsusilə də əgər bu arzular tamah üzərində qurulubsa.

2. Xudbinlik.
Ağlın bəlalarından biri - xudbinlikdir. Hədislərimizin bir çoxu təkəbbürü və xudbinliyi tənqid edir və insanı süqut etdirə bilən amillər kimi tanıdır. İmam Əli (ə) buyurur: “Təkəbbür - axmaqlığın və qısa düşüncəliyin köküdür”. İnsan gərək o qədər ağılsız olsun ki, bu qədər zəif və gücsüz bədənə malik olmasına baxmayaraq, qürurlansın və xudbinlik etsin. Həzrət İsa (ə) buyurur: “Koru Allahın izni ilə görən etdim, xəstəyə Allahın izni ilə şəfa verdim, ancaq axmağı islah edə bilmədim”. Soruşurlar ki, axmaq kimdir? Buyurur: “O kəs ki, özünə və rəyinə qarşı xudbin olsun. O kəs ki, fəziləti özündə görsün”.
Xudbin insan heç bir zaman faydalı elm dalınca düşməz. Belə ki, İmam Əli (ə) buyurur: “Xudbinlik ağlın, elm və inkişafın artmasına mane olar”.
Belə bir insan elə bilir ki, həmişə yaxşı iş görür. Hər bir halda xudbinlik ağlı xəstə edər. Sağlam ağıl xudbin olmaz.

3. Səfeh insanla yoldaş olmaq.
Ağla təsir edən amillərdən biri də yoldaşlarına və oturub-durduğun insanlara diqqət etməməkdir. Aqil insan həmişə özündən ağıllı insanlarla oturub-durar. Çünki bilir ki, axmağın ona faydası olmaz, əksinə, ziyanı olar. İmam Əli (ə) buyurur: “O kəs ki, nadan və cahillə yoldaş olar, ağlından azalar”.
Əmirəlmöminin (ə) yenə buyurur: “Hər kim aqilləri eşitməyi tərk edər, ağlı həlak olar”.
İnsanın yoldaşları və iştirak etdiyi məclislər insan ağlının səviyyəsinə təsir qoyar. Çünki insanın dini dostunun dinindən təsirlənər. Əxlaqsız insanla yoldaş olmaq imanın məhv olmasına səbəb olar. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter