İmam Əliyyən-Nəqi əleyhissəlamın dövründə siyasi-ictimai vəziyyət necə olmuşdur?


Şiələrin onuncu İmamı – İmam Əliyyən-Nəqi (əleyhissəlam) hicrətin iki yüz on ikinci ili zil-hiccə ayının on beşində Mədinə yaxınlığındakı Sərya adlı bir yerdə anadan olmuşdur. Atası İmam Cavad (əleyhissəlam), anası isə hörmətli Səmanə xanım olmuşdur. O, elə əvvəldən fəzilətli və təqvalı bir kəniz idi.1 Onuncu İmamın ən məşhur ləqəbləri Nəqi və Hadi olmuşdur. O Həzrətə “üçüncü Əbülhəsən” deyirlər.

Imаm Əliyyən-Nəqi (ə) hаnsı хüsuyyətləri:
Imаm Əliyyən-nəqi əlеyhissаlаm оrtа bоy, yаnаqlаrı bir qədər çıхıntılı, qаrаbuğdаyı, gözləri iri və qаşlаrı еnli idi. Imаm Əliyyən-nəqi əlеyhissаlаm çохlu еhsаn еdirdi. Еlə bir hеybət və şövkətə mаlik idi ki, zülmkаr Аbbаsi хəlifəsi оlаn Mütəvəkkilin yаnınа gеdərkən, Mütəvəkkil və оnun ətrаfındа оlаnlаr о Həzrətin еhtirаmını sахlаmаq məqsədi ilə dərhаl аyаğа qаlхırdılаr. Həzrətin pаltаrı kоbud pаrçаdаn hаzırlаnmışdı və еvinin döşəməsinə həsir sərilmişdi. Hər hаnsı bir qəmgin insаn о Həzrətə nəzər еdərkən şаdlаnır və sеvinirdi. Həmişə Imаm Əliyyən-nəqi əlеyhissаlаmın dоdаqlаrı təbəssüm еdirdi.

İmam Hadi (əleyhissəlam) hicrətin iki yüz iyirminci ilində əziz atasının şəhadətindən sonra səkkiz yaşında ikən İmamət məqamına yetişmişdir. O Həzrətin İmamət müddəti otuz iki il, ümumi ömrü isə qırx bir il və bir neçə ay olmuş, hicrətin iki yüz əlli dördüncü ilində isə Samirra şəhərində şəhadətə qovuşmuş və öz evində də torpağa tapşırılmışdır.[1]

İmam Əliyyən-Nəqi əleyhissəlamın müasiri olmuş xəlifələr

İmam Əliyyən-Nəqi (əleyhissəlam) İmam olduğu müddət ərzində aşağıda adları çəkilmiş Abbasi xəlifələrinin müasiri olmuşdur:

Mə’munun qardaşı Mö’təsim (217–227 h.q);

Mö’təsimin oğlu Vasiq (227–232 h.q);

Vasiqin qardaşı Mütəvəkkil (232–248 h.q);

Mütəvəkkilin oğlu Müntəsir (altı ay);

Müntəsirin əmisi oğlu Müstəin (248–252 h.q);

Mütəvəkkilin digər oğlu Mö’təzz (252–255 h.q).

İmam Əliyyən-Nəqi (əleyhissəlam) adı sonuncu çəkilmiş xəlifənin (Mö’təzzin) hakimiyyəti dövründə zəhərlənərək şəhid olmuş və evindəcə dəfn olunmuşdur.

İmam Əliyyən-Nəqi əleyhissəlamın dövründə siyasi-ictimai vəziyyət

Abbasilər hakimiyyətinin bu mərhələsi onu digər mərhələlərdən ayıran bir sıra xüsusiyyətlərə malik olmuşdur. İndi həmin xüsusiyyətlərdən bir neçəsini oxucuların nəzərinə çatdırırıq:

1. Xilafətin əzəmət və heybətinin itməsi; İstər Əməvilərin hakimiyyəti dövründə, istərsə də Abbasilər dövründə xilafətin özünəməxsus əzəməti olmuşdur. Ancaq İmam Əliyyən-Nəqi əleyhissəlamın dövründə xilafətdə türklərin və qulların nüfuz tapmasının nəticəsi olaraq xilafət öz əzəmətini itirmiş, bu ünsürlər onu istədikləri kimi idarə edirdilər. Xəlifə yalnız simvolik bir mə’na daşıyırdı. Ancaq buna baxmayaraq, nə vaxt müxaliflər tərəfindən bir təhlükə hiss edilirdisə, xəlifə və bütün ətrafındakılar onu dəf etmək üçün ümumi bir razılığa gəlirdilər.

2. Saraydakıların əyləncə ilə gün keçirmələri; Abbasi xəlifələri hakimiyyətdə yaranmış boşluqdan istifadə edib kef, əyləncə, eyş-işrətlə məşğul olaraq gecə məclisləri təşkil edirdilər. Hökumət başdan-başa fəsadla dolmuşdu. Tarix onların bu əyləncələrinin hamısını qələmə almışdır.

3. Zülm, haqsızlıq və özbaşnalığın yayılması; Zülm və haqsızlığın yayılması, həmçinin, beytül-malı qarət edib əyləncə və əyyaşlığa sərf etmək camaatı cana yığmışdı.

4. Ələvi qiyamlarının artması. Abbasi xəlifələri hakimiyyətlərinin bu mərhələsində çalışırdılar ki, cəmiyyət arasında Ələvilərə qarşı nifrət yaratmaqla onları tar-mar etsinlər. Ələvilərin hər hansı bir qiyamının kiçik fəaliyyəti müşahidə edilən kimi dərhal amansızcasına onun qarşısını almağa cəhd göstərilirdi. Bunun də səbəbi o idi ki, hökumət cəmiyyətdə yaratdığı qorxuya baxmayaraq, özünü qeyri-sabit, qeyri-qanuni bilib bu kimi qiyamlardan çox qorxurdu. Ələvilərin bu müddət ərzindəki fəaliyyəti belə olmuşdur ki, onlar kiminsə adını çəkmədən camaatı Məhəmmədin (səlləllahu əleyhi və alih) nəslindən seçilmiş bir nəfərin ətrafında toplaşmağa də’vət edirdilər. Çünki qiyam başçıları görürdülər ki, hərbi düşərgə sayılan Samirra şəhərində mə’sum İmamlar tə’qib olunur, belə olduğu halda, onlar müəyyən bir şəxsi (yə’ni hər hansı bir mə’sum İmamı) rəhbər tə’yin etməklə onun həyatını təhlükə ilə üzləşdirər və hətta ölümünə səbəb ola bilərdilər. Bu qiyamlar cəmiyyətdə yaranmış zorakılıq və özbaşınalıqların nəticəsi olub birbaşa onlarla əlaqədar olmuşdur. Məsələn, digər Abbasi xəlifələri ilə müqayisədə Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinə nisbətən əlaqəsi olan və hakimiyyəti dövründə şiələr üçün heç bir təhlükə doğurmayan xəlifə Müntəsirin dövründə bir dənə də olsun belə, qiyam baş verməmişdir. Tarixçilər təkcə 219-270 hicri qəməri illəri arasında baş verən on səkkiz qiyamı qeyd etmişlər. Bu qiyamların əksəriyyəti məğlubiyyətlə nəticələnmiş və Abbasi hökuməti tərəfindən yatırılmışdır.
İmam Əliyyən Nəqi (ə) həyatı, Mehdi Pişvayi kitabından tərcümə.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter