Şəxsi gigiyena ilə bağlı dinimizin bəzi tövsiyələrini qeyd edin?


İslam dinində şəxsi gigiyenaya diqqət etmək xüsusi əhəmiyyətə malik olan mövzulardandır. Bəzi yerlərdə hətta vacib hesab edilir, bəzi yerlərdə isə müstəhəb. Şəxsi gigiyanaya riayət etməyə aid çox sayda hədislərimiz vardır. (Tebyan)

İslam dininin nəzərinə görə mənəviyyatla təmizliyin rabitəsi vardır. Buna vacib və müstəhəb olan qüslları misal göstərmək olar. İbadətin həqiqi olması bədənin pak və təmiz olmasından çox asılıdır.

İmam Rza (ə) yuyunmağın faydalarını bəyan edərək buyurmuşdur: “Hamamın çox faydası vardır. Çirk və pislikləri aradan aparar. Bədəndə olan damarları kiçikdən tutmuş böyüyə qədər yumşaldar. Bədəni gücləndirər. Lazımsız maddələri məhv edər. İltihabı aradan aparar”.

Həzrət (ə) başqa yerdə buyurur: “Əgər hamama getməzdən əvvəl baş və boynunuzda ağrı hiss etsəniz müvəqqəti olaraq hamama getməkdən çəkinin”.

İmam Rza (ə) yenə buyurur: “Bir gün hamama getmək bədənin ətini artırar. Hər gün hamama getmək isə böyrək piylərini suya çevirər”. (Yəni, İmam hər gün hamama getməyin əleyhinə idi).

İmam (ə) hamama getməyin ədəbi haqqında buyurur: “Nə zaman hamama getmək istəsən, başında ağrı hiss etmək istəmirsənsə, hamama girməzdən əvvəl beş qurtum isti su iç. Bu yolla Allahın izni ilə baş ağrısından amanda olarsan”.

İmam (ə) buyurur: “Bil ki, hamam da bədəninin tərkibi kimi tərkibdən ibarətdir. Necə ki, bədənin dörd tərkibi vardır, hamamda da dörd ev vardır. Birinci ev soyuq və qurudur. İkinci ev soyuq və rütubətlidir. Üçüncü ev isti və rütubətlidir. Dördüncü ev isti və qurudur”.

İmam Əli (ə) buyururdu ki, hamam yaxşı bir evdir ki, insan orada cəhənnəm atəşini yada salar və çirki özündən uzaqlaşdırar.

İmam Sadiq (ə) buyurur: “Hamamdan çıxan zaman ayaqlarınızı yuyun ki, baş ağrısını aradan aparar. Çıxan zaman əmmamə qoyun”. (Yəni, başınızı bağlayın). Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter