Həqiqi mömin olmaq üçün nə etmək lazımdır?


“Və (tövsiyə etdi ki,) bu (əmrlər) Mənim doğru yolumdur. Buna görə də ona tabe olun və başqa yollara tabe olmayın ki, sizi Onun yolundan (sapdıraraq) pərakəndə edər. Bəlkə təqvalı olasınız deyə, Allahın sizə tövsiyə etdiyi bunlardır”. (“Ənam” 153).

Hər bir müsəlman mömin olmağa çalışır və cəhd edir. Bu yolda Məsumları (ə) özünə örnək və nümunə qərar verir. Hər bir müsəlman mömin ola bilər, bəs bunun üçün nə lazımdır?

1. Güzəşt etməyi bacarmaq.“Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur”.(“Fussilət” 34).

Güzəşt etmək və bağışlamaq gözəl əxlaq xüsusiyyətlərindəndir ki, müştərək həyatda müsbət təsirə malikdir. Həm ailədə və həm də cəmiyyətdə güzəşt sifəti yayılarsa insanların ruhiyyəsi daha sağlam olar. Güzəşt etmək böyüklük və kəramətin nişanəsidir.

2. Çalışmaq.“Gecə dincəlməniz və (gündüz iş-güc ilə) Allahın fəzl və kərəmindən (ruzi) axtarmanızdan ötrü sizin üçün (Yer kürəsinin hərəkəti ilə) gecə və gündüzü yaratması Onun (Allahın) mərhəmətindəndir. Bəlkə şükür edəsiniz!”. (“Qəsəs” 73).

Ruzi qazanmaq üçün çalışmaq və zəhmət çəkmək - hər bir möminin vəzifəsi olmalıdır. Əgər Məsumların (ə) həyatına nəzər salsaq, görərik ki, onlar da bu yolda heç bir səylərini əsirgəməyiblər. Hər kim bu yolda səhlənkarlıq etsə, həqiqi mömin ola bilməz.

3. Allahı hər bir halda yada salmaq.“O kəslər ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır”. (“Rəd” 28). Həqiqi mömin Allahı hər bir halda yada sa-lar, sevincində, qəmində, evlənəndə, ruzi dalınca gedəndə, infaq edəndə...

4. Qurana və Qiyamət gününə iman bəsləmək.“O kəslər ki, sənə nazil edilənə və səndən əvvəl (olub keçmiş peyğəmbərlərə) nazil edilənlərə imanları və axirət (Qiyamət) gününə yəqinlikləri vardır. Məhz onlar (Quranın hidayətindən qa-baq) Allahları tərəfindən (fitri və əqli) bir hidayətdədirlər və nicat tapanlar da onlardır (və Quran onları bu məsələlərin arxasınca gələn kamilliklərə hidayət edir. Bu işləri inkar edən kəslərə isə müsbət təsir göstərmir)”. (“Bəqərə” 4-5). Əgər həqiqi mömin olmaq istəyirsinizsə, gərək Qurana və Qiyamət gününə iman gətirəsiniz. Mömin Qurana iman gətirməli, onu oxumalı və əməl etməlidir. Sadəcə iman gətirmək kifayət deyildir.

5. Nemətlərinə görə şükür etmək.“Buna görə də, Rəbbinə həmd və şükür etməklə yanaşı (Onu) pak sifətlərlə mədh et və səcdə edənlərdən ol!”. (“Hicr” 98).

Həqiqi mömin olmaq üçün nə etmək lazımdır?“Və (tövsiyə etdi ki,) bu (əmrlər) Mənim doğru yolumdur. Buna görə də ona tabe olun və başqa yollara tabe olmayın ki, sizi Onun yolundan (sapdıraraq) pərakəndə edər. Bəlkə təqvalı olasınız deyə, Allahın sizə tövsiyə etdiyi bunlardır”. (“Ənam” 153).

“(Allahı və Onun əzəmət və cəlalını) yada salan və ya (Onun nemətlərinə) şükür etmək istəyən şəxs üçün gecə və gündüzü bir-birinin əvəzləyicisi edən Odur. (Belə edib ki, yada salmaq və şükür etmək birində yaddan çıxsa, onun əvəzi digərində çıxılsın.)”.(“Furqan” 62).

6. Tövbə etmək.“Və dedim ki; «Öz Rəbbinizdən bağış-lanmaq diləyin. Çünki O, çox bağışlayandır»”. (“Nuh” 10). Mömin olmaq istəyən hər bir insan günahlarını etiraf etməli və Allahdan bağışlanma diləməlidir. İstiğfar etmək ona həm bu dünyada və həm də axirətdə fayda gətirər. Belə ki, dünyada olan zaman ruzisi ar-tar, hacətlərinin həyata keçməsi üçün hicablar qalxar. Axirətdə isə tövbə edənlərdən sayılar.

7. İnfaq etmək.“Həm də (ənsardan) o kəslər üçündür ki, hicrət və iman evini (Mədinə mühitini) özü üçün yurd seçib onlara tərəf hicrət edənləri sevər, onlara (mühacirlərə) verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehti-yac içində olduqları halda onları özlərindən üstün tutarlar. Nəfsin xəsisliyindən qoru-nub saxlanılan kimsələr – məhz onlar nicat tapanlardır”. (“Həşr” 9).

Həqiqi mömin ətrafında olan insanlara laqeyd olmamalıdır və ehtiyacı olanlara yardım etməlidir. Bu saydıqlarımız həqiqi mömin olmağın ən az sifətləri idi. Bu yolda səy göstərək və ən azı bu saydığımız sifətlərə yiyələnməyə çalışaq.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter