Səfərdən əvvəl riayət olunmalı qaydalar hansilardir?


İslam dini insanın səadətə çatması üçün ən kamil göstərişləri vermişdir. İslam dininin bizə tövsiyə etdiyi əməllərdən biri də səfərə çıxmaqdır. Allah Quranda buyurur: “(Ya Peyğəmbər!) de: «Bu yer üzündə gəzin, dolanın, beləliklə baxın görün ki, sizdən öncəkilərin (tüğyan edənlərin, zalımların, sərvət toplayanların) aqibəti necə oldu?! Onların əksəriyyəti müşrik idi»”. (“Rum” 42).
“(Ya Peyğəmbər!) De: «Yer üzündə gəzib dolanın, baxın görün ki, (Allah) məxluqları necə yaratmışdır. Sonra isə Allah başqa bir aləm icad edəcəkdir. Həqiqətən, Allah hər şeyə qadirdir»”. (“Ənkəbut” 20).
“Məgər onlar yer (üzün)də gəzib dolaşmayıblar ki, düşünən qəlbləri və ya eşidən qulaqları olsun?! Çünki əslində zahiri gözlər kor olmur, lakin sinələrdəki ürəklər kor olur”. (“Həcc” 46).
Həzrət Peyğəmbər (s) buyurur: “Səfərə çıxın ki, sağlam qalasınız və sizə ruzi verilsin”.
Səfərdən əvvəl riayət olunmalı qaydalar:
1. Hər bir səfərə çıxan insan öz həmsəfərini seçməlidir. Əziz Peyğəmbərimiz (s) bu haqda buyurur: “Əvvəl həmsəfərini seç və sonra səfərə yollan”.
2. Qohumlar və dostlarla xudafizləşmək və halallıq almaq.
3. Vəsiyyət etmək.
4. Səfərə çıxmaq üçün müstəhəb günlər: şənbə günü, çərşənbə axşamı günü, cümə axşamı günü. Cümə gününün səhəri səfərə çıxmaq məkruhdur.
5. Qüsl almaq.
6. Səfərdən qabaq “Həmd”, “Nas”, “Fələq”, “Qədr” və “Ayətül-kürsü”nü oxumaq.
7. Yoxsullara sədəqə vermək.
Səfərə necə başlamaq?
- İmam Sadiq (ə) buyurur: “Səfərinə sədəqə ilə başla”.
- Səfər üçün lazım olan azuqəni götürmək.
- Həmsəfərlərə qarşı xoş əxlaq və xoş rəftar olmaq.
- Səfərdə zəif və ehtiyacı olanlara yardım etmək.
- Səfərdə həddən artıq yeməmək.
- İmam Əli (ə) buyurur ki, insan əgər bilsə ki, dininə xətər dəyə bilər, onda gərək səfərə çıxmasın.
- Ailəsi üçün hədiyyə gətirmək. İmam Sadiq (ə) buyurur: “Nə qədər maddi gücünüz varsa, arvad-uşağınız üçün hədiyyə alın”.
- Hər bir şəhərə daxil olan zaman bu duanı oxumaq:
«اللّهمَّ اِنّی اَسئَلُکَ خیرَها و اَعوذُ بِک مِنْ شَرَّها و حَبَّبنا اِلی اَهلِها وَ حَبِّب صالِحی اَهلِها اِلَیناه.
Loğman Həkim oğluna səfərlə bağlı belə tövsiyə verir: “Özünə və onlara aid olan işlərdə onlarla məsləhətləş. Onlara təbəssüm et və azuqəndən onlara də ver. Əgər səndən kömək istəsələr, yardım et. Əgər səndən məsləhət istəsələr, qəbul et. Əgər həmsəfərlərin yola qoyulsalar sən də onlarla get”. (Tebyan) Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter