Müsəlmanlar neçə dəstə olaraq qiyamətdə tanınacaqlar?


Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətim dörd dəstədirlər:
1. Səhlənkar namazqılanlar ki, namazdan qəflət edərlər. Vay o insanlara ki, namaza qarşı səhlənkardır. Onlar cəhənnəmim dərələrindən biri olan Veyl əhlidirlər.

2. O namazqılanlar ki, bəzən qılır və bəzən də qılmırlar, onlar cəhənnəmim başqa bir dərəsi olan Ğəy əhlidirlər.

3. O dəstə ki, heç bir zaman namaz qılmamışdır. “(Onlara üz tutaraq soruşarlar:) «Sizi Cəhənnəmə daxil edən nədir?» Deyərlər: “Biz namaz qılanlardan deyildik””. (“Muddəssir” 42-43). Onlar cəhənnəmin başqa dərəsi olan Səqr əhlidirlər.

4. O insanlar ki, həmişə namaz qılırlar və namazda mütidirlər”.
İlahi peyğəmbələr (ə) ömürləri böyu namaz qılmağa dəvət etmiş və Allahdan bunu övladları və nəsilləri üçün də istəmişdilər. «Ey Rəbbim, məni namaz qılanlardan et, həmçinin övladlarımdan (da namaz qılanlar et)! Ey Rəbbimiz, duamı qəbul et!». (“İbrahim” 40).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter