Məhsulun bərəkətli olması üçün 5 sirr nələrdir?


Hər bir işin öz qaydası vardır. Bu, insanın həm fərdi və həm də ictimai həyatında müşahidə oluna bilər. Hər kəs öz peşəsində bir qədər düşünsə, bir çox əxlaq üsullarını görə bilər. (Tebyan)
Əkinçilik də bu cür peşələrdən biridir. Əgər bu peşədə olan əxlaqi üsullara diqqət edilərsə, daha çox inkişaf və tərəqqi edə bilər. Əkinçilikdə olan bəzi əxlaqi üsullara işarə edək:
1. Niyyət, ixlas və təvəkkül.
Hər bir işin niyyəti çox əhəmiyyətlidir. Bir işdə xalis və İlahi niyyətə malik olmaq nəticəsində həmin iş İlahi rəngə boyanar və dəyərli olar. Bundan başqa, insana mənəvi savab da yazılar. Əkinçilik də bu cür işlərdən biridir ki, əvvəldən niyyətini Allaha xatir etməlisən. Allahın razılığını əldə etmək üçün addım atmalısan. Yeri şumlayan, toxum əkən, suvaran, biçən və s. zamanlar əgər Allahı həmişə nəzərində tutsan, İlahi bərəkətdən nəsibsiz qalmazsan.
İmam Baqir (ə) əkinçi dostlarından birinə tövsiyə verən zaman buyurmuşdu: “Nə zaman əkinçilk etmək istəsən, bir ovuc toxum götür, sonra üzü qibləyə dayanıb üç dəfə de: “Allahım! Bu toxum səpməyi mübarək əkin qərar ver. Onu salamat şəkildə sona çatdırmağı bizim ruzimiz et. Onu bol məhsul qərar ver. İstədiyim xeyirdən məni məhrum etmə. Məni məndən saxladıqlarınla imtahana çəkmə. Muhəmməd (s) və pak Ali-Muhəmmədə (ə) xatir”. Sonra əlində tutduğun toxumu Allahın iradəsinə söykənərək yerə səp”.
Əkinçi bilməlidir ki, onun işinin nəticəsi ancaq Allahın əlindədir. Allahın iradəsi olmadan o, heç bir zaman məhsul toplaya bilməz.
İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Nə zaman toxum əkmək istəsən, bu duanı oxu:
اللهم قد بذرتُ و أنتَ الزارعُ فاجعلهُ حَبَّاً مُتَراكِماً
2. Gecə vaxtı toxum əkmə və məhsul yığma.
Qədimdə adət belə idi ki, əkinçi gündüz toxumu əksin və gündüz də məhsulunu toplasın. Bu işin iki yaxşı nəticəsi var idi: biri o idi ki, insanlar bilirdilər ki, həmin şəxs artıq məhsulunu yığmışdır. İkincisi isə yoxsul insanlar onların yanına gəlir və ailəsi üçün bir qədər məhsul istəyirdilər. Lakin bəzi əkinçilər insanların onların məhsulundan xəbər tutmamasına görə məhsullarını gecə toplayırlar. Bu iş İmamlar (ə) tərəfindən bəyənilməz bir iş hesab edilmişdir. İmamlar (ə) öz dostlarından istəyirdilər ki, bu işdən əl çəksinlər.
İmam Sadiq (ə) buyurur: “Gecə vaxtı meyvə yığımını, toxum əkimini etməyin. Çünki əgər belə etsəniz qane və möəttər sənin yanına gəlməz”. Soruşurlar ki, qane və möəttər kimlərdir? Buyurur: “Qane o kəsdir ki, əta etdiyinə razı olar. Möəttər isə yoldan keçəndir ki, səndən yardım istəyər”.
3. Zəkatı vermək.
Əkinçinin boynunda olan haqlardan biri də zəkat verməsidir. Zəkat malının bərəkətli olmasına səbəb olar. İmam Sadiq (ə) buyurur: “Əkinçilikdə iki haqq vardır: o haqq ki, səndən alırlar və o haqq ki, sən özün ödəyirsən. O haqq ki, səndən alınır - həmin onda bir və ya iyirmidə birdir (zəkatdır). O haqq ki, ödəyirsən - həmin o haqdır ki, Allah buyurur: “Bar verən zaman onların meyvə və məhsulundan yeyin və onun (Allahın) haqqını biçin (və məhsul yığılan) gün verin”. (“Ənam” 141). (Buğda və arpadan bir dəstə, xurma yığılan zaman isə bir ovuc).
4. Ətraf mühitə diqqət etmək.
Əkinçi təbiətlə iş gördüyü üçün su və havadan bəhrələnər. Ona görə də hər bir əkinçi bilməlidir ki, təbiət qarşısında məsuliyyətlidir. Ona görə də ondan düzgün istifadə etməli və ona ziyan vurmamalıdır. İnsan gərək təbiəti elə qorusun ki, həmişə ürəyə yatan və təmiz olsun.
5. Heyvanlara diqqət etmək.
Hər bir canlının hüquqları vardır və insan bu hüquqa riayət etməlidir. Hər bir əkinçi heyvandan istifadə edər və hədislərimiz buyurur ki, heyvana gücü çatmayan qədər yük yükləməyin. Heyvanı uzun yolu istirahət vermədən aparmaq və ona üç nəfərin birdən minməsi qadağan olunmuşdur. Həmçinin heyvanı söymək və döymək olmaz.
Bundan başqa, əkinçi məhsulunu baha qiymətə satmamalı və uşaqlarını tarlada məcburi işlətməməlidir. Bunlar bir müsəlmanın əxlaq üsullarındandır ki, hər bir müsəlman əkinçi ona riayət etməlidir. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter