İmam Rzanın (ə) iftar duası necə olmuş və Allahdan nələr diləmişdir?


İmam Rzadan (ə) nəql olunmuşdur ki, buyurdular: Hər (oruc tutan) kəs iftar zamanı deyə (bu duanı oxuya): “İlahi, sənin inayətinlə sənin üçün oruc tutduq, və sənin əmrinlə sənin verdiyin ruzi ilə iftar etdik, sonucda (sənin üçün olan orucu) bizlərdən qəbul et və bizləri bağışla, həqiqətən (buna inanırıq ki) sən özün böyük bağışlayansan və (eləcə də) çox mehribansan”. Allah hər bir eyib və nöqsanlıq ki, günahlarına görə orucuna gəlmişdir, bağışlayar.
Eləcə də İmam Rzanın (ə) tarixindən nəql olunur ki, İmam Rza (ə) Ramazan ayının, ayını göydə görəndə üzünü qibləyə tutaraq əllərini qaldırıb dua edib Allahdan 3 şeyi iltimas edərək diləyərdi: 1-Oruc tutmaq gücünə malik olmağı diləyirdi, 2-Cisminin sağlamlığını qorumağı diləyirdi, 3-Allahdan mütləq (şərt və qeydsiz) itaət etmək qabiliyyətini diləyərdi.

İmam Rzanın (ə) hədisində orucluğun fəlsəfəsi belə açıqlanır:

Orucluğun vacib olması, bəndənin aclıq və sussuzluq hiss etməsi səbəbindəndir.

Oruc tutan şəxs bu məhrumiyyətləri hiss etməklə çoxlu nemətləri əldə edər:

1-Tərbiyəvi çətinliyə düçar olar,

2-Allaha qarşı yalvarış və ehtiyaclılıq hissini özündə yaradar.

3-Haqq tələb edən və haqqın tərəfdarı olar.

4-Özündə səbir sifətini gücləndirməyə müvəffəq olub səbirli insanlar cərgəsinə keçər.

5- Axirət aləminin çətinliklərini dərk edər.

6-Nəfsani istəklər məhv olar.

7-Dünya və axirət kasıbları haqda düşünməyə kömək edər. ...

(Hədisin tərcüməsi məzmun formasında edilmişdir). (Kitab: Uyun Əxbar ər-Riza, cild-2, səh: 178.)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter