Möminə mehribanlığın gətirdiyi faydalar nələrdir?


Mehriban olmaq o deməkdir ki, başqaları ilə mülayim rəftar edəsən. Onların haqqını tapdalamamaq və düşmən kimi rəftar etməmək. Mehribanlıq üç halda insandan qaçmaz: əgər əxlaqı xoş olarsa, həmdəmi yaxşı insan olarsa, başqalarına səbir edərsə. Cəmiyyətdə bəzən mehribanlıq ilə tolerantlığı səhv salırlar. Tolerantlıq daha geniş bir mənada işlənir, insanlar maddi istəklərinə çatmaq üçün bəzi istəklərini qurban verə bilirlər. Mehribanlığın isə üsulu aydındır və onda heç bir tolerantlıq mövcud deyildir.
Mehribanlığın gətirdiyi nəticələr:

1-Xeyir və bərəkət.
Mehribanlıq həyatda bərəkətə o qədər müsbət təsir edir ki, Həzrət Peyğəmbər (s) onu bərəkət mücəssiməsi kimi tanıtmışdır. Həzrət (s) buyurur: “Mehribanlıq - bərəkət, kobudluq isə bərəkətsizlik və xəcalətdir”. İnsan gərək bu sifəti əldə edə bilsin. Elə bir cütlər yoxdur ki, bir-birinin eynisi olsun. Hər bir halda hər bir ailə üzvü qarşılıqlı anlaşmaq üçün səy göstərməlidir. Yəni mehribanlıq vasitəsilə özünü ailəsinə uyğunlaşdırmalıdır.

2-Xoşbəxtlik.
Mehribanlığın gətirdiyi nəticələrdən biri budur ki, onun vasitəsilə xoşbəxt yaşamaq mümkündür. O kəs ki, mehribanlıq etməz, əlində olandan da bəhrələnə bilməz. Ancaq o kəs ki, mehribanlıq edər, ən azı əlində olanlardan bəhrələnər. İmam Kazım (ə) buyurur: “Mehribanlıq - həyatın yarısıdır”.

3-Asayiş.
Bu cəmiyyətdə heç kəs başqasının rəftarına görə rahat ola bilmir. Belə ki, insan çirkin iş görən zaman özünə ziyan vurduğu kimi ətrafındakılara da ziyan vurar. Ancaq əgər mehriban olsaq, onlar bu təhlükədən uzaq olarlar. Əmirəl-möminin (ə) buyurur: “O kəs ki, insanlarla mehriban olar, onların məkrindən amanda olar”.

4-Məhəbbət.
Heç kəs iztirablı və gərgin həyatı sevməz. Hər kəs bu həyatda hüzur istəyər. Bu da mehribanlıq vasitəsilə hasil olar. İmam Əli (ə) buyurur: “Heç bir şey səxavət, mehribanlıq, xoş əxlaq kimi sevgi yaratmaz”. Deməli, mehriban olmaq sevgini cəlb edər və bəyənilmiş əməllərdəndir. Peyğəmbərlərin (ə) sifətindən olmuşdur.
Əgər biz başqalarının bizimlə mehriban olmasını istəyiriksə, gərək özümüz də elə olaq. İmam Əli (ə) buyurur: “İnsanlarla mehriban ol ki, onların qardaşlığından bəhrələnəsən. Onlarla xoş üzlə rəftar et ki, kinləri ölsün”. Ona görə o kəs ki, mehriban olar, əziz Peyğəmbərimizin (s) buyurduğu kimi, ən aqil insanlardandır. Aqil insan isə xoşbəxtliyin yolunu tez bir zamanda tapa bilir. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter