Peyğəmbər (s) imam Zaman (ə) haqda bir söz buyurmuşdur?


İmam Zamanın (ə) haqqında Peyğəmbərdən çoxlu rəvayətlər gəlmişdir ki, bu hədislər həm şiə və həm də əhli-sünnətin mühüm kitablarında qeyd olunmuşdur. Bu rəvayətləri 3 dəstə bölmək mümkündür:
1-Bir dəstə rəvayətlər var ki, onlarda P. (s) buyurur ki, axır zamanda mənim övladlarımdan olan bir nəfər seçilmişdir ki, qiyam edəcəkdir. Elə ki, hədisdə gəlmişdir: \"Yer üzünün zamanın və müddəti sona çatmaq o vaxta kimi ki, mənim əhli-beytimdən (ə) bir nəfər yer üzünün sahibi olar, adı mənim adımdandır. Yer üzünü ədalətlə dolduracaq necə ki, zülm və ədalətsizliklə dolmuşdur\". Yenə o həzrətdən: \"Mənim əhli-beytimdən bir nəfər qiyam edəcək, o mənim sünnətimə əməl edəcək, Allah-Taala göylərin bərəkətini ona nazil edəcək, o yer üzünü ədalətlə dolduracaq. ...\".
2-İkinci dəstə rəvayətlər də vardır ki, onda Peyğəmbər (s) İmam zamanın adını çəkmiş və onun qeybəti və zühuruna işarə etmişdir. 407 hədis bu baxış haqda hədis tapmaq mümkündür.
P. buyurmuşdur: \"Mehdi mənim övladlarımdandır, adı mənim adımdandır, künyəsi mənim künyəmdən, cəmiyyət arasında mənə ən oxşar şəxsdir, onun üçün qeybə çəkilmə var və bəşər üçün bir heyrətləndirmə baş verəcək (onun qeybə çəkilməsi ilə) ki, mənim ümmətimdən camaatlar səhv yola düşəcəklər. (övladım zülmdən və ümmətin zəlalətindən) sonra çatan, işıqlandıran (hidayət edici) günəş kimi gələcək, və yer üzünü ədalətlə dolduracaq, o cür ki, zülm dolmuşdur\". Başqa yerdə nəql olunur ki, Peyğəmbər (s) üzünü məsumə qızı olan Fatiməyə tutaraq buyurdu: \"Bizim ümmətin peyğəmbəri (s) ən üstün olaraq peyğəmbərlər içində seçildi. Və o sənin atandır, bizim şəhidimiz ən üstün şəhiddir ki, və o sənin atanın əmisi Həmzədir və ... və eləcə də Məhdi (ə) də biz Əhli-Beytdəndir\".
3-Üçüncü dəstə hədislər: O dəstə rəvayətlərdir ki, Peyğəmbər (s) onun zahiri və cismi xüsusiyyətlərinə işarə etmişdir. Peyğəmbər (s) buyurmuşdur: \"Mehdi (ə) mən övladlarımdan olan bir kişidir, üzü quruluşu ulduz saçması kimi (qaranlıq və ehtiyacda olan köməkçidir) saçır. Rəngi buğdayi, və cismi quruluşu İbrahim övladlarına oxşardır (ərəbdir), və yer üzünü ədalətlə dolduracaq, bütün yer üzündə və göy aləmlərində yerləşən məxluqlar onun İmamətinə razı olacaqlar.
Nəticədə: Bu üç dəstə hədisləri nəzərə alaraq deyirik ki, İslam maarifi İmam Zamanın (ə) varlığını inkar edənlər sual verir ki, belə bir şübhə yaranması peyğəmbərə (ə) iman gətirən şəxs üçün mümkündür! Əlbəttə ki, hamı qəbul edir ki, İmam zaman olmalıdır, bəzi məsələlərdə ixtilafına olmasına baxmayaraq.
Nöqtə: İmam Zaman (ə) haqda geniş hədislər əldə etmək istəyənlər üçün bu kitaba müraciət etməniz tövsiyə olunur: \"Müntəxəb əl-Əsər fil-İmamis Sani əşər\" Lütfüllah Safi Gülpayqani, Səlman farsi nəşriyyatının çapı, tarix çapı: 1422 h.q. kitab ərəb dilindədir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter