Namazdan ləzzət almağın 5 amili nələrdir?


Namaz o zaman həqiqi ola bilər ki, təvazökarlıqla və itaətkarcasına olsun. Bəzi amillər ürəyin yumşalmasına və təvazö əldə etməyə yardım edər. Bu amillərə nəzər salaq:

1. Eqoistliklə mübarizə.
İbadətin həqiqəti budur ki, insan Məbudu qarşısında özünün hər şeyini təslim edər. Bir çoxlarımızın təkamül etməyimizə mane olan amil odur ki, biz özümüzü Allahın qarşısında ixtiyar sahibi hesab edirik. Biz elə bilirik ki, kimsəyik. Biz Allah qarşısında istəklərimiz və iradəmiz olduğunu zənn edirik. Hətta bəzən öz istəklərimizi Allahın istəklərindən üstün bilirik.
Əgər bizi meraca apara biləcək bir namaz istəyiriksə, gərək bəzi şeyləri bacaraq. “O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar”. (“Muminun” 2).
Allah qarşısında sınmaqla insanların qarşısında sınmaq – tamamilə fərqli şeylərdir. İnsanların qarşısında sınmaq - əziyyətvericidir. İnsan ondan əzab çəkər və onun üçün çətindir. Lakin o zaman ki, insan özünü Allah qarşısında sındırar, insan ləzzət alar. Təvazö və itaətə görə göz yaşı tökməyə başlayar. Bu ləzzət - dünya ləzzətlərindən qat-qat şiddətlidir.

2. İlahi əzəmətə diqqət etmək.
Əgər biz namaz zamanı Allahın hüzurunu ən az bir insan qədər hiss etsək, namazımız çox fərqli olar. O ki, qaldı Allahın hüzurunu olduğu kimi qəbul edək. Allaha hər nə qədər etiqad bəsləsək, qəlb hüzurumuz da bir o qədər olar.
Bu zaman insan Allah qarşısında nə qədər həqir olduğunu hiss edər. Özünü İlahi əzəmət qarşısında kiçik görməyə başlayar.

3. Allah qarşısında etdiyimiz çirkin işlərə diqqət etmək.
Allah Təala varlıq aləmini elə qərar vermişdir ki, günah işlətmək mənfi təsirlər qoyar. Allah Qiyamət günü insanı dirildər və əgər insan günahına görə cəzaya məhkum olarsa, onu cəhənnəmə apararlar. Burada biz özümüz təqsirkarıq, Allah deyil. Namazda itaətkar olmağa səbəb olan amillərdən biri də Allah qorxusuna malik olmaqdır.

4. Allahın camal sifətinə diqqət etmək.
İnsan hər kimi sevirsə, özünü ona yaxın etmək istəyir. İnsanın ürəyində Allah sevgisi hər nə qədər çox olarsa, Ona yaxın olmaq şövqü və istəyi də çox olar. Allaha sevgi bəsləmək Onun camal sifətinə mərifət əldə etməklə hasil olar. İlahi görüşə tələsmək o kəslərin ürəyində daha çoxdur ki, Allahın camal sifətlərini daha yaxşı tanıyırlar. Əgər insan bu mərifətə çatarsa, namazı Allah Təala ilə görüş və Ona qovuşmaq bilib, namaza tələsər. Namazda Məhbubu ilə görüşən zaman Onun qarşısında özünü zəlil hesab edər.

5. Son namaz.
Namazda qəlb hüzuruna yardım edə bilən amillərdən biri də odur ki, qıldığın namazı son namazın hesab edəsən. Həzrət Peyğəmbər (s) Əbu Əyyub Xalid ibni Zeydə verdiyi tövsiyəsində buyurmuşdu: “Namazda elə namaz qıl ki, sanki bu sənin sonuncu namazındır ki, qılırsan. Namaz sənin xudahafizliyindir”. (Tebyan)
Bu tövsiyələrər diqqət edərək, namazımızın keyfiyyətini artıraq. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter