Günah olan məclİsdə oturmaq olarmı?


Cavab: Ənam surəsinin 68-ci ayəsində buyurulur: «Ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər şeytan bunu sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə oturma». Uyğun əmrə itaət etməyənlərə xəbərdarlıq olunur: «Belə məclislərdə iştirak etsəniz, siz də onların tayı olacaq, onların aqibəti ilə rastlaşacaqsınız» .
Ayə və hədislərdən aşağıdakı nəticələr çıxır:
1. Günah məclisində iştirak, günahda iştirak kimidir;
2. Belə məclisdə iştirak edən şəxs, ya günahın qarşısını almalı, ya da həmin məclisi tərk etməlidir;
3. Belə məclislərdə sakit oturanın cəzası, günahkarların cəzası qədərdir;
4. Günaha yol verilməyən məclislərdə kafirlərlə oturmaq olar;
5. Günahkarlarla mehriban münasibət nifaq nişanəsidir. Çünki həqiqi müsəlman, ilahi hədlərin pozulduğu mühitdə rahat dayana bilməz.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter