Behişti zamin edən əməllər rəvayətdə nələr olaraq gəlmişdir?


Behişti qazanmaq bütün ağıllı insanların hədəf və məqsədidir. Amma bəzən mömin və müsəlmanlar bilmirlər ki, hansı əməllər etsinlər ki, ona layiqli olsunlar. Bunun cavabını əziz Peyğəmbərimizin hədisində oxuyuruq ki, həzrət buyurur: Peyğəmbər (s.a.a.s): Məndən altı şeyi qəbul edin, cənnət üçün sizə zamin olum…
1. Danışanda (hədis deyəndə) yalan deməyin.

2. Verdiyiniz vədələrə xilaf çıxmayın.

3. Əgər sizə əmanət versələr, ona xəyanət etməyin.

4. Öz gözlərinizi haramdan saxlayın (naməhrəmə baxmayın). Başqasının abrı ilə oynamaq insanın qiyamətdə abrının tökülməsinə səbəb olacaq.

5. Öz cinsiyyət üzvlərinizi haramdan qoruyun (zina etməyin).

6. Əllərinizi və dilinizi yaramaz işlərdən qoruyun (naməhrəmə əl verib görüşməyin).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter