Gözlərimizi çırkin vərdişlərdən necə xilas edək?


Müasir texnikanın inkişaf etdiyi və rabitə vasitələrinin genişləndiyi bir dövrdə bəzi insanların qeyri-əxlaqi şəkillərə şahid olması və müşahidə etməsi artmışdır. Əlxaqsız şəkillərə və filmlərə baxmaq bəzi insanlar üçün adiləşmiş və hətta adət halını almışdır. Bu rabitə vasitələri həm də qızların və qadınların zahirlərini dəyidirməsinə səbəb olmuş və onlar üçün nümunə halını almışdır. (Tebyan)
İnternet saytlarında nümayiş etdirilən geyim və bəzək növləri qadınlara daha çox təsir göstərmiş və onlar da cəmiyyətdə bu örnəkləri kimi görünməyə səy göstərirlər.
Qadınlar da bu cür geyinməyi artıq adət halına salmış və onlar üçün adi bir iş olmuşdur. Bu rəftarlar ruhla cismi bir-biri ilə vuruşdurur və ruhu xarab etməyə çalışır. Ona görə də bu cür çirkin adətlər ruha və psixologiyaya kəskin təsir göstərir və onu məhv edir. Bu adəti tərk etmək çox çətindir və insan hər nə qədər ona alışırsa, tərk olunmasını daha da çətinləşdirir. Qadınları bu cür halda görən kişilər də baxışlarını və nəzərlənii zəhərləyir və özlərini kəbirə günaha düçar edirlər.
Bəs bu adətlərdən necə xilas olmaq olar?
1. Əgər insan özü istəməsə, onu tərk edə bilməz və bunun üçün ciddi əzm lazımdır. Ona görə də əgər insan bu adətdən xilas olmaq üçün qərara gəlməzsə, onun bir daha nicat yolu olmaz.
2. Bu adət - günahdır və o, zəhər kimidir. Ruhu zəhərləyib məhv edə bilər və ona görə də heç olmazsa, onun bir zərrəsindən ayrıla bilsin.
3. Bu adətin yaranması üçün zəminələri hazır etməsin: tək qalmaq, onun haqqında düşünmək və açıq-saçıq qadınların olduğu məkanda çox qalmaq kimi.
4. Naməhrəmlərin olduğu yerə getməkdən çəkinmək.
5. Namazı əvvəl vaxtda qılmağa çalışmaq, xüsusilə də məsciddə. Dini mərasimlərdə və xütbələrdə iştirak etmək.
6. Dua və təvəssül edib, Allahla olan rabitəni gücləndirmək. Ərəb dilində olması zəruri deyildir. Allahla xəlvət etsin və problemini desin və çarə istəsin. Sübh namazından əvvəl dəstəmaz alıb həssas qəlblə, ancaq ümidlə Allahdan istəsin və istiğfar etsin.
7. Ümid etsin ki, Allah ona yardım edəcəkdir. Allah buyurur ki, hər kim Məni çağırsa Mən ona yardım edərəm. “Məni çağıran zaman dua edənin duasını qəbul edirəm”. (“Bəqərə” 186).
8. Gözünə hakim olmayan insan nəfsinə məğlub olmuş və onun əsiridir. Bu əsirlikdən xilas olmaq üçün gərək nəfsini ram etsin. Bunun üçün də insanın yaxşı bir proqram qurmağa ehtiyacı vardır ki, yavaş-yavaş ona əməl etsin və bu adətdən xilas olsun. İlk əvvəl qərara alsın ki, 24 saat bu adəti tərk edəcək və hər nə qədər çətin olsa da, onu yerinə yetirməyə çalışsın və əgər müvvəffəq olarsa, Allaha şükür etsin. Sonra qərara alsın ki, üç gün bu adəti tərk edəcəkdir. Bu təmrin get-gedə insanı bu çirkin adətdən uzaqlaşdırıb, islah edə bilər.
İmam Sadiq (ə) buyurur: “Haram baxış şeytanın zəhərli oxlarındandır və o zaman ki, baxış yolu ilə cana əyləşər, zəhərləyər. Bir çox baxışlar sahibi üçün uzun həsrət gətirmişdir”.
Gözümüzü çirkinliklərdən qorumaq üçün Uca Allaha pənah aparaq. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter