Gəlinlə qayınana rabitəsini necə düzgün qurmalı?


Gəlinlə qayınana arasındakı rabitələrdə adətən müəyyən gərginlik hiss olunar. Bunun da səbəbi eyni adamın birinin əri və o birisinin isə əziz oğlu olmasıdır. Analar həmişə öz övladlarını çox istəyərlər. Onları öz ciyərparaları hesab edərlər. Ona görə də ana həmişə oğlunu öz yanında görmək istəyir. Həm özü ona sevgi bəsləyər və həm də ondan bu sevgini gözləyər. Bu sevgi ehtiyacı ayrı olan zaman daha çox olar. Ana həmişə gəlininin oğluna münasibətindən nigaran olar. Bəzi qayınanalar bu nigarançılqlarını çox zaman gizləyə bilmirlər və onu büruzə verirlər. Elə bilirlər ki, gəlinləri oğullarına kifayət qədər qulluq etmir, diqqət etmir, ona yaxşı yeməklər bişirmir və s. (Tebyan saytına istinadən)
Bu ifrat nigarançılıqlar da problemlər üçün zəminə hazırlayar. Ana özünü həmişə övladının himayəçisi hesab edər. Evlənməyinə baxmayaraq, yenə də kənara çəkilməz.
Başqa bir tərəfdən isə, gəlin böyük arzularla yeni həyata qədəm basar. İstəyir ki, heç kimin dəxaləti olmadan həyatını idarə edə bilsin. O, istəyir ki, həyat yoldaşının bütün diqqəti onda olsun və istəmir ki, ondan başqası ərinə nəyisə desin və ondan nəyisə istəsin. Hətta zamanın az bir hissəsini belə ondan ayırsın, bu qayınanaya aid olsa da belə.
Qayınananın davamlı olaraq cavan cütlərin həyatına müdaxilə etməsi gəlinin zehnində bədbinlik və yanlış fərzlər meydana gətirər. Bu problem o zaman şiddətlənər ki, gəlin və ya qayınana təkəbbürə və eqoistliyə qərq olar və ancaq öz istəklərinin yerinə yetməsini istəyər. Gəlinlə qayınana arasında olan problemlərin kökündə xudbinlik, təkəbbür, zəif şəxsiyyət, məntiqsiz təəssübkeşliklər, fikri məhdudiyyət, yanlış tərbiyə və faydalı rabitə qura bilməmək durur.
Belə durumdan qaçmaq üçün nə etməki?

Qayınana bunları etməlidir:
- Bütün fikir və səyi oğlu ilə gəlinin arasındakı rabitələri möhkəmləndirmək üçün olsun. Belə olsa, gəlin də qayınanasını öz anası kimi qəbul edib onu sevər.
- Gəlininin səliqəsinə və fikirlərinə hörmət etsin ki, bu, cavan cütlüyün ruhi sağlamlığına birbaşa təsir qoyar, müştərək həyatlarının gözəl olmasına səbəb olar.
- Tənqid etmək və ya iynələmək yerinə, gəlininin şəxsiyyətinə hörmət edərək, onu himayə etsə, daha faydalı nəticələr alar.
- Rəftar və danışığı elə olsa ki, başqa övladları da ondan ibrət götürsün, gəlin də qayınanasına hörmət edər.
- Oğlunu həyat yoldaşını hərtərəfli himayə etməyə təşviq etsə, gəlin onu anası kimi görər.

Gəlin isə bunları etməlidir:
- Qayınanasını anası kimi görməli və hörmət bəsləməlidir.
- Qayınana kəlməsinə qarşı olan yanlış baxışları dəyişib, onu hər bir xeyir və bərəkətin mənbəyi hesab etməlidir.
- Hər bir halda onun hörmətini saxlamalıdır.
- Hər nə qədər qayınanasını istəsə, əri ona daha çox hörmət edər.

Ər bunları etməlidir:
- Həm anasının və həm də arvadının könlünü xoş saxlamalıdır.
- Evlənəndən sonra anası ilə rabitəsini gücləndirməli və ona hörmət etməlidir.
- Arvadının çatışmayan cəhətlərini heç bir zaman anasına söyləməməlidir.
- Anasının gileylərini arvadına söyləməməlidir.
- Arvadının tənqid olması üçün şərait yaratmamalıdır.

Əgər bu deyilənlər həyata keçərsə, ailə mühiti mehriban və səmimi olar. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter