Xanım Fatimə (s.ə)-ın hədislərindən qeyd edin?


Zəhra (ə)-ın hikmətli kəlamlarından:
Xanım Fatimə (s.ə): “Atam Peyğəmbər (s) mənə dedi: “Ey atasının dostu, hər bir məstedici haramdır. Və hər məstedici şərabdır””.


Xanım Fatimə qadınlar üçün ən gözəl şeyin nə olduğu barəsində buyurub: “(Qadınlar üçün ən yaxşısı) kişiləri görməmələri və kişilərin də onları görməmələridir”.


Xanım Fatimə (s.ə): “Öz xalis ibadətini Allaha tərəf göndərən insana Allah da ən yaxşı fayda və mənfəətini göndərər”.


Xanım Fatimə (s.ə) Allah Rəsulunun (s) ona belə buyurduğunu nəql edir: “Ey Fatimə, sənə salavat göndərənin Allah günahlarını bağışlasın və onu Cənnətin harasında oluramsa olum, mənə qoşsun”.


Xanım Fatimə (s.ə): “Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır, mən kimin rəhbəriyəmsə, Əli (ə) də onun rəhbəridir””.


Xanım Fatimə (s.ə): “Allah Rəsulu buyurub: “Vay o qadının halına ki, həyat yoldaşını qəzəbləndirər. Xoş o qadının halına ki, yoldaşı ondan razı qalar””.


Xanım Fatimə (s.ə) Peyğəmbərdən (s) belə rəvayət edir: \"Barmağına əqiq üzük taxan adam həmişə xeyir görər\".


Xanım Fatimə (s.ə) buyurmuşdur: “Oruc tutan şəxs dilini, qulaqlarını, gözlərini və digər üzvlərini (haramdan) qorumayınca oruc tutan deyildir”.


Xanım Fatimə (s.ə): \"Allah Rəsulu (s) mənə buyurdu: \"Sənin həyat yoldaşın insanların ən elmlisi, İslamı qəbul edən ilk kişi və dözümlülükdə insanların ən üstünüdür””.


Xanım Fatimə (s.ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Mənim övladlarımdan biri üçün bir iş görən və bunun üçün mükafat istəməyən hər bir kəsin mükafat verəni mən özüm olacam”.

/Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter