Peyğəmbərin (ə) hədisində Yasin surəsini oxumağın 10 faydaları nələrdir?


Həzrət Peyğəmbər (s) buyurur: “Quran - Allahdan başqa hər şeydən üstündür. Ona görə də o kəs ki, Qurana hörmət edər, hər an Allaha Təalaya ehtiram və izzət qoymuşdur. Hər kim Qurana hörmətsizlik etsə, əlbəttə onun haqqını dəyərsiz hesab etmişdir. Quranın hörməti - övladın boynunda olan atanın hörməti kimidir. O kəs ki, Quranı eşidər – Allah ondan dünya bəlalarını uzaq edər. Axirət bəlalarını isə Quran qarisindən uzaq edər. Həqiqətən Allahın kitabında bir surə vardır ki, “Əziz” adlanar və o surənin qarisi” Şərif” adlanar.

Yasin surəsinin bərəkətləri haqqında Peyğəmbər (s) Əli (ə) nəsihətlərində belə buyurur. ”. Ey Əli! “Yasin” surəsini oxu ki, onda 10 bərəkət vardır:
1. Ac yatmaz məgər o halda ki, tox olar.

2. Susuz, məgər o halda ki, sirab olar.
3. Paltarsız məgər o halda ki, geyindirilər.

4. Subay, məgər o halda ki, evlənər.
5. Qorxan, məgər o halda ki, amanda olar.

6. Bağlı, məgər o halda ki, nicat tapar.

7. Xəstə, məgər o halda ki, sağalar.
8. Müsafir, məgər o halda ki, səfərdə yardım olunar.

9. Ölənin yanında oxunarsa, (günahları) azalar.

10. Hər kimin itmişi varsa, bu surəni oxuyaraq (itmişini) tapar”.

Həzrət (s) başqa yerdə buyurur: “Mən istəyərdim ki, “Yasin” surəsi ümmətimin hər bir insanının qəlbində olsun. O kəs ki, yeməyin az olmasına görə bu surəni oxuyar, (yeməyində) bərəkət əmələ gələr. Nə zaman ağır doğumu olan qadına oxunarsa, doğumu asanlaşar. Hər kim bu surəni oxuyarsa, sanki Quranı 11 dəfə xətm etmiş olar”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter