Valideynə yaxşılığın nə belə faydaları var?


Allah Taala Qurani kərimdə ata-anaya hörmət etməyi vacib bilmişdir və onlara qarşı hörmətin çoxlu zəruri olduğunu açıqlamışdır. Bu müqəddiməyə əsasən sual ortaya çıxır ki, belə bir rərtarın faydaları nələrdir ola bilər ki, ilahi dərgahda belə bir üstün əməl hesab olunur. Valideyinə qarşı yaxşılığın İslam maarifində faydaları:
1-İbadət və itaətlərin ilahi dərgahda qəbul olunması,

2-Allahın razılığını qazanmaq,

3-Onların zəhmətlərinə qarşı borcların bir miqdarını ödəmək, onların neçə illik zəhmətləri qarşısında hörmət etmək insanın şükurlu bəndə olduğunu çatdırır ki, Allah da şükür edən bəndələri sevir,

4-Ölüm zamanı canı rahat tapşırmaq, tarixlərdə gəlmişdir ki, bəzi cavanlar analarına qarşı hörmətsizlik səbəbindən canını tapşıran zamanı çox çətinlik çəkmiş və sıxıntılar keçirimşlər.

5-Qəbr əzabından nicat tapmaq, Valideyinə və həyat yoldaşına qarşı hörmətli olmaq insanın qərb sıxıntısından azad edər.

6-Cənnəti qazanmaq, Peyğəmbərin (s) kəlamlarından gəlmişdir ki, yaxşı insanların içindən ən dəyərli o insanlardır ki, valideyinlərinə hörmət etmiş olsun.

7-Atifi yollarla çətinlik və müxtəlif baxışların ailə mühitində bir araya gəlməsi,

8-Ailə əlaqələrinin möhkənməsi, ədalət hər bir yerdə lazımdır amma ailə mühitində ehsan və xoş rəftar kömək edər ki, ailə əlaqləri möhkəm olsun, başqalarının səhvini örtsək və onlara qarşı haqqlarından artıq bağışlasaq onlar da bizim üçün mehriban və həmin rəftarı edərlər.

9-Övladlarımın bizim haqqımızda da bu cür rəftar etməsi, Necə edərsək övladlarımı da bizə qarşı elə olarlar çünki onlar bizim yanımızda böyüyür və nəyin düzgün olduğunu bizim rəftarımızla başa düşürlər. Pis olsaq onlar da belə gərəkdiyini düşünərək belə ruhiyyə ilə böyüyərlər.

10-Sərvət və ömrün bərəkətli olması. Ata və xüsusən də ananın duası insanın həyatına bərəkət və xeyir nəsib edər. Atanın nifrini insanın kasıbçılığına və ananın nifrinini isə insanın ömrünün gödəlməsi ilə sonuclana bilər.
Valideyn haqqında Quran ayələrinin adresləri: \"Bəni-İsrail/124 - və

Məzmun: \"Allah ibadət edin və ona heç bir şeyi şərik qoşmayın və eləcə də bəndəliyin şərtlərindən biri də budur ki, ata-anaya hörmət və ehsan edin\" Nisa/36\".

İMam Rzadan (ə) da gəlmişdir: \"Valideynə qarşı ehsan vacib bir əməldir və hətta onlar müşrik belə olsalar ... \", Amma Allaha qarşı günah əməl etmək onların tələbləri ilə müsəlman belə olsalar düzgün deyildir. Yəni əgər onlar desələr ki, ibadət etmə, oruc tutmaq və heç bir maneən də yoxdur onların nəhyindən başqa onda onlara tabe olmaq icazəli deyildir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter