Yaxşı həyat yoldaşın Peyğəmbərin (s) dili ilə xüsusiyyətləri nələrdir?


Evlilik elə bir mövzudur ki, İslam dini ona xüsusi əhəmiyyət vermişdir. Yaxşı həyat yoldaşı olmaq isə bir müsəlman üçün dini və insani vəzifədir.Həzrət Peyğəmbər (s) yaxşı həyat yoldaşı olmaq üçün bizlərə 10 tövsiyə vermişdir ki, onlara işarə edək:

1. Həyat yoldaşınız üçün yaxşı paltar geyinin.
Kişilər də qadınlar kimi gərək öz həyat yoldaşları üçün gözəl geyinsinlər və səliqəli olsunlar. Özlərinə ətir vursunlar. Çünki bu, təkcə qadınların vəzifəsi deyildir. Həzrət Peyğəmbər (s) həmişə evə gələn zaman misvak edər və ətir vurardı.

2. Həyat yoldaşınızı gözəl adlarla çağırın.
Yaxşı olar ki, kişilər öz xanımlarını gözəl adlarla və ləqəblərlə çağırsınlar. Bu iş aralarında olan sevgini artırar. Bu, Peyğəmbər (s) sünnətində vurğulanan əməllərdən biridir.

3. Müsbət tərəfləri tanımaq.
Xanımlar hər gün evdə müxtəlif işlərlə məşğul olurlar. O ərlərdən olmayın ki, xanımlarının gündəlik ev işləri onlar üçün adi hesab olunur. Bir çətinliklə üzləşən zaman o dəqiqə xanımlarını xatırlayırlar. Xanımlarınızın yaxşı tərəflərini görməyə çalışın və ona diqqət yetirin.

4. Səhvləri qarşısında susun.
Əgər həyat yoldaşınızda bir səhv görmüsünüzsə, susmağı bacarın. Nəzər bildirməyin və bu sükut səhvini aradan qaldırmasına səbəb olacaqdır. Bu, Peyğəmbərin (s) üslubu idi ki, həyat yoldaşı səhv edən zaman onlarla bu cür rəftar edərdi.

5. Həyat yoldaşınıza sevgi ilə gülümsəyin.
Nə zaman gözünüz xanımınıza sataşar, ona gülümsəyin. Bunlar da Peyğəmbər (s) sünnətində qeyd edilmiş mövzulardandır.

6. Ona təşəkkür edin.
Həyat yoldaşınıza sizə görə etdiyi bütün işlərinə görə təşəkkür edin. Xanımız yemək bişirib, evi səliqəyə salıb, bunun kimi onlarla işi yerinə yetirib, ancaq gün ərzindən yeməyin duzsuz olması iradından başqa bir şey eşitməz. Ona etdiyi işlərə görə təşəkkür etməyə çalışın.

7. Həyat yoldaşınızı sevindirin.
Həyat yoldaşınızdan istəyin ki, onu sevindirə biləcək on şeyi bir kağıza yazsın. Sonra bu şeyləri kağıza baxmadan sadalamağa çalışın. Bu iş onu sevindirə bilər. Çünki onu şad edəcək şeyləri bilməyiniz ona dəyər verməyiniz anlamına gələr.

8. Onunla dərdləşin.
Heç bir zaman həyat yoldaşınızı istəklərinə görə təhqir etməyin. İstəkləri barəsində söhbət edin və mehriban bir şəkildə onunla dərdləşin.

9. Zarafatcıl olmağı unutmayın.
Evdə zarafatcıl olmağa çalışın. Gəzintini və əyləncəni də unutmayın.

10. Çalışın ki, ən yaxşısı olasınız.
Həzrət Peyğəmbərin (s) bu dəyərli sözünü yaddan çıxartmamağa çalışın ki, buyurub: “Sizlərdən ən yaxşısı o kəsdir ki, ailəsi ilə ən yaxşı şəkildə rəftar edər. Sizin aranızda ailəsi ilə rəftarda mən ən yaxşısıyam”. Siz də Peyğəmbər (s) kimi yaxşı olmağa çalışın. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter