Malik Əştərin nə belə xüsusiyyətləri var idi?


Biz Əhli-beyt (ə) davamçılarının bir çoxu İmam Zaman ağanın (ə.f) əsgəri olmaq arzusu ilə yaşayırıq. Elə bir əsgər ki, Həzrətin (ə.f) yolunda canından keçə bilsin. Bu yolda özümüz üçün örnək müəyyən edirik ki, bu örnəklərdən biri də Malik Əştərdir. İmam Əli (ə) onun şəxsiyyətinin ucalığı haqqında belə buyurmuşdur: “Malik Əştər mənim üçün elə olmuşdu ki, mən Rəsulallah (ə) üçün olmuşdum”. (Tebyan)
Bəs Malik Əştər necə idi ki?

1. Vilayəti qəbul etmişdi.
Malikin şəxsiyyətinin açarı – İmam Əli (ə) vilayətini qəbul etməsində idi. Belə ki, ən kiçik və ən böyük dəyişikliklər baş verən zaman Maliki İmamın (ə) yanında görürük. Müharibədə, sülhdə, hicrətdə, cihadda, siyasətdə, ibadətdə, bəlağətdə İmamın (ə) yanında idi. O, İmam (ə) üçün həqiqi yavər idi.

2. Siyasi işlərə rəhbərlik etməkdə əsl siyasətçi idi.
Malikin siyasi işlərə rəhbərlik qabiliyyəti o qədər güclü idi ki, İmam (ə) hökumət məsələlərinin bir çoxunu ona tapşırardı. Malik çox sayda siyasi fitnələri tədbir və ayıqlıqla aradan qaldırmışdı.

3. Fəsahət və bəlağət.
Malikin ən üstün sifətlərindən biri də onun natiqlik qabiliyyəti idi. O, fəsahətli nitqi ilə insan toplumunu özünə cəlb edə bilir və istədiyi səmtə hidayət edirdi.

4. Cihad və hicrət əhli idi.
Allah yolunda cihad və hicrət etmək - şəxsiyyətin dəyərindən xəbər verər. Malikin bütün həyatı İslam dini yolunda cihadda və hicrətdə keçmişdi.

5. Düşməni tanıyırdı.
Malikin düşməni tanıması güclü idi və İmam (ə) onun şəhadətindən sonra buyurmuşdu: “Ey kaş sizin aranızda iki nəfər onun kimi olaydı. Bəlkə də ey kaş bir nəfər onun kimi olaydı. Düşmənlərim haqqındakı fikir və rəyi onun nəzəri kimi olardı”. Malik düşmənin fitnəsini anidən başa düşür və heç bir zaman geri çəkilmirdi. İgidliyi düşməni diz çökdürərdi.

6. İslami dəyərləri müdafiə edərdi.
İmam Əlinin (ə) hökuməti inqilabi bir hökumət idi. Elə bir hökumət idi ki, İslam əhkam üzərində qurulmuş və beytul-malı bərpa etmişdi. Bu cür hökumətdə Malik kimi insanlara ehtiyac var idi. Malikin insanlar arasında nüfuzu var idi. O, Kufədə və Şamda İslam əhkamının ayaq altına alındığını ifşa etmiş və bu yolla Müaviyyənin (lən) məzəmmət olunması üçün zəminə hazırlamışdı.

7. Xeyirxah və səbirli idi.
Malik qəhrəman idi, ancaq təvazökar pəhləvan idi. İnsanların arasında olan zaman xeyirxah və səbirli idi. Bu İmam Əlinin (ə) və Əli (ə) dostlarının bariz sifətləri idi. Malik də İmam Əli (ə) kimi döyüşdə qatı və yenilməz, insanların arasında isə mülayim və mehriban idi.
İmam Əli (ə) Malik şəhid olan zaman ağlayır və buyurur: “Malik kimi bir insan dünyaya gələcəkdirmi? Allah Malikə rəhmət etsin. O, getməli olduğu yolda əhdinə vəfa etdi və Allahı ilə görüşdü. Biz Peyğəmbərin (s) müsibətindən sonra özümüzü hazırlamışdıq ki, səbir edəcəyik. Bu halda Malikin ölümü - ən böyük müsibətlərdəndir”.
Bəli, Malik o kəsdir ki, İmam Zaman ağa (ə.f) zühur edən zaman Həzrət (ə.f) ilə bir yerdə vuruşacaqdır.
Allah bizə də Malik Əştər kimi olmağı qismət etsin.

Malik Əştər İmam Əli (ə) ucun Peyğəmbər (s) ucun ƏLinin (ə) dəyəri olan kimi İmamın yanında dəyərə sahib idi.
Cunki İMam ƏLi (ə) Peyğəmbəri (s) hər cəhətdən dərk edirdi Malik də Əli (ə)-ı dərk etmək qabiliyyətini əldə etmişdi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter