Çətinlikləri asan etməyin düşüncə və əməli yolları hansılardır?


Məşəqqət və əziyyətlərin asan olması üçün xüsusi yol və vasitələrə ehtiyac vardır. Onların köməyi ilə çətinlikləri aradan qaldırmaq olar. Siz əgər qapını açmaq istəyirsinizsə, gərək həmin qapının açarı ilə açasınız, çünki başqa açarlar bu kilidə düşməz. Çətinliklər və rahatlıqlar bu həyatda həmişə insanın başına gələn hadisələrdir. Bunların hamısı İlahi imtahandır. Mühüm olan bu imtahanları uğurla verməkdir. (Tebyan)
“O kəslərə ki, onlara hər hansı bir müsibət gəldikdə «həqiqətən biz Allahınıq (bizim yaradılışımız, qorunmağımız, işlərimizin idarə edilməsi və yox edilməyimiz Onun əlində olduğu üçün Onun həqiqi malı, mülküyük) və həqiqətən Ona tərəf qayıdacağıq» deyərlər”. (“Bəqərə” 156). Bu ayədən də göründüyü kimi çətinliklər insanın imtahan vasitələridir. Allahın buyurduğu kimi o kəslər bu imtahanda qalib gələrlər ki, daha çox Allahı yada salarlar. Ondan yardım diləyərlər.
Səbri gücləndirməyin yolları.
1. Hədəfə iman bəsləmək.
Hədəfə iman bəsləmək - insanın həm daxili və həm də xarici mühərrikidir ki, insanı hədəfə tərəf çəkər. Çətinlikləri və müşkülləri asan edər. Səbəb olar ki, çətinliyə düşən insan aram və yəqinlə dolu qəlblə yoluna davam etsin. Getdiyimiz yola imanımız hər nə qədər çox olarsa, çətinliklərə və əziyyətlərə səbir etmək də bir o qədər çox olar. “Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir”. (“Ənkəbut” 69).
2. Təqva.
İnsanın çətinliklər qarşısındakı səbrini ikiqat artıra bilən amillərdən biri də təqvadır. “Ey iman gətirənlər, əgər Allahdan qorxsanız (təqvalı olsanız), O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər”. (“Ənfal” 29).
3. Dünyanı tanımaq.
Səbri gücləndirməyin yollarından biri də dünyanı yaxşı tanımaqdır. Bu dünyanın keçici olduğunu və əbədi olmadığını qəbul etməkdir. Yəni, biz Allahın əmri ilə gəlmiş və Allahın əmri ilə də gedəcəyik. Ona görə də bu dünyaya görə qəm yeməyin faydası yoxdur.
4. Allahın bu olanlardan agah olması.
Əgər insan bütün bu hadisələrdən Allahın agah olmasını bilirsə, bu zaman o, özünü gələcək imtahanlar üçün hazırlayar. Ona görə də Quran dəfələrlə tarixə nəzər salmağı və ondan ibrət götürməyi tövsiyə etmişdir. “Şübhəsiz, səndən qabaq (da bir sıra) peyğəmbərlər təkzib olundular. Beləliklə onlar edilən təkzib və əziyyət müqabilində səbir etdilər (və) nəhayət, Bizim köməyimiz onlara yetişdi”. (“Ənam” 34).
Səbri gücləndirən amillərdən biri də Məsumlara (ə) təvəssül etməkdir.
Çətinlikləri əməli olaraq necə aradan qaldıra bilərik?
1. İstiğfar.
Çətinlikləri aradan qaldırmağın ən təsirli yolu - tövbə və istiğfar etməkdir. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, Allah dərgahına çoxlu istiğfar edər, Allah çətinliklərini aradan qaldırar, çətinliklərini asan edər. Gözləmədiyi yerdən ona ruzi verər”.
2. Sədəqə və infaq.
Çətinlikləri aradan qaldırmağa kömək edən yollardan biri də Allah yolunda sədəqə vermək və infaq etməkdir. “Amma kim (öz malından və var-yoxundan Allah yolunda) bəxş etsə və təqvalı olsa və Allahın vədlərini təsdiq etsə, Biz onu tezliklə asan olan yola (iman və itaətə) hazırlayarıq (elə bir ruh yüksəlişi verərik ki, təqva yolunu getmək onun üçün rahat olar)”. (“Ləyl” 5-7).
3. Sileyi-rəhm.
Çətinlikləri aradan qaldıra bilən yollardan biri də sileyi-rəhmdir. İmam Sadiq (ə) buyurur: “Tanışlarınla görüşmək əməllərin qəbul olmasına, malın artmasına, hesabın asan olmasına, çətinliklərin aradan qalxmasına və ruzinin artmasına səbəb olar”.
İnsan əgər inansa ki, Allah onun hər bir halına nazirdir, bu zaman elə rəftar edər ki, Onun razılığını əldə edə bilsin. İlahi razılığı əldə etməkdən daha gözəl nə ola bilər ki? Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter