Kişilərin müştərək həyatda (evlilikdə xanımlara qarşı) səhvləri nələrdir?


Ailə səadətinə çatmaq üçün İSlam maarifində haqlar və gozəlliklər yaradan amillər bəyan edilmişdir. Amma kişilər və qadınlar bəzən bilmirlər ki, necə haqlarını və gözəllik yaradan əsaslarını ailə mühitində həyata keçirsinlər. Bu bəhsimizdə kişilərin ailə mühitində xanımlara qarşı etdikləri səhv adımlları qeyd edəcəyik ki, ailə rabitəsində soyuqluq yaradan və çətinlik düzəldən səbəblər kimi qeyd etmək olar. Kişilərin müştərək həyatda (evlilikdə xanımlara nisbətdə) səhv düşüncə və əməlləri bunlardır:

1-Kişilər istiyirlər ki, bütün zamanlar evdə xanımları ilə birlikdə olsunlar, bir halda ki, xanımlar həmişə bunu tələb etmir və gözləmir. Çünki xanımlar həmişə kişilərin nəzarəti altında olmaq kimi bu əlaqəni qəbul edir və sıxıntı içində olanda etimadsızlıq kimi nəticə bilirlər.

2-Ev işlərində kömək etmək istəyirlər amma hər şeyi xarab edirlər, misal üçün: xanımlar ağır işlərdə kömək tələb edirlər, lakin səliqəli işlərdə kömək etmək onların acığına gəlir və evdə artıq olduqlarını düşünməyə gətirməsinə çıxara bilər.

3-Bütün hislərini xanımlara deyirlər bir halda ki, xanımlar bunu gözləmirlər. Hislərin hamısının deyilməsi kişinin idarəsizliyinin əlaməti kimi qəbul oluna bilər ki, qadın xüsuiyyətinə ziddir bu hərəkət. Çünki güclü və iradəli kişi ilə evlənmək qadınların arzularındandır.

4-Həddən artıq düz danışandırlar, Həddən artıq düz danışmaq düzgün nəticə verə bilməz. Çünki xanımlar hər bir şeyi əqli qəbul etmir. Hissləri onların varlıqlarının bir əsas parçasıdır. Hisləri ilə hər bir şeyə baxışları aqılları ilə baxışlarından daha çox və güclüdür. Düzgün danışmaq hamı qarşısında müsbət nəticə verməsi qəbul edilməzdir.

5-Bütün istəklərə cavab vermək düzgün nəticə vermir, xanımların hər bir şey istəkləri qarşısında müsbət cavab vermək onların baxışında zəif kişi əlamətidir. Evin idarəsi güclü kişi ilə səadət yolunda hərəkət edir.

6-Həddən artıq özünün zahirinə diqqət etmək, Çox zahiri diqqət xanımlardan fikirlərin qarşısına gətirib çıxara bilər. Çünki kişilərin cox cəmiyyətdə olması onların günüyünün (iki yoldaşın kişi üçün təsəvvürünün yaranmasına) olmasına əlamət kimi qəbul olunur.

7-Xanımların ailəsi və yaxınları ilə həddən artıq yaxınlıq hissini yaratmaq. Xanımlar evləndən necə ki, yoldaşını öz ailəsi üçün dəyərli və hörmətli bilirdilər, eləcə də davam etməsini arzulayırlar. Kişilərin xanımının ailəsi ilə yaxın olması onun şəxsiyyət, übuhət və hörmətinin azalması təsəvvürünə şərait yaratmasıını düşünürlər. İnsan nə qədər pərdə saxlasa və az get-gəl etsə o qədər eybləri üzə çıxmaz və hörməti daha çox olar.

8-Çox danışmaq, Xanımlar çox danışan kişiləri yüngül şəxsiyyət kimi qəbul edirlər. O cür hər bir cəmiyyətdə az danışan və düşünən insan həkim və diqqətli insan kimi qəbul olunur bu qanun da ailə mühitində keçərli bir baxış kimi qəbul edilir.
Bəs Kişilər və xanımlar bəzi xoş rəftarlarında diqqətli olmalıdırlar ki, həddən artıq yaxşılıq düşüncəsi ilə başqlarının narahatçılığına səbəbkar olmasınlar. hər bir işin az və rəftarın qısa olması daha şirin və təsirli olar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter