İslami tərbiyə üçün hansı cəhətlərə diqqət yetirmək gərəkir?


Hər bir cəmiyyət tərbiyə və inkişaf olunmaq məqsədi uğrunda hərəkət etməkdədir. İslam ümməti də gərək müqəddəs üsulları əsasında hərəkət və tərbiyə olunsun. Bu baxışımıza əsasən deyirik aya İslami cəmiyyət və ailə tərbiyə etmək üçün hansı addımlar atılmalıdır? Buna cavab olaraq İslam maarifindən bu nəticə ələ gəlir ki, İslam yönlü tərbiyələrin yaranması üçün tərbiyələrdə və yönnəldirilmələrdə gərək beş əsas hədəflərə diqqət edək:
1. Bəndəlik ruhiyyəsinin gücləndirilməsinin zəruriliyi, yəni İslam düzgün tərbiyəni ilahi bəndəlikdə bilir və tanıyır. Buna görə də hər bir əməl və baxışları bəndəlik istiqamətində düzəltmək əsasdır.
2. Elmi baxışların gücləndirilməsi, İslam baxışında bir nəfəri həqiqi xoşbəxtlik yolunda tərbiyə etmək üçün onun ən əsas köməkçisielmdir. Yəni İslamın baxışında elmsiz insan İslami tərbiyə ola bilməz. Çünki İslam elm və bilik əsasında düzgün bəndəliyi qurmuşdur.
3. Dini baxışların aydınlaşdırılması, hər bir tərbiyəçi bilməlidir ki, İslam tərbiyəsini bir cəmiyyət və ailədə qoymaq istəyirsə gərək tərbiyə olunanlara bildirsin ki, İSlam onların hər ehtiyaclarını həll edən elmi baxışa sahibdir və heç bir yaşayışın yollarında onu cavabsız qoymaz.
4. Fitri tələblərin çiçəkləndirilməsi, insan o zaman İslami tərbiyə olunar ki, fitri və vicdani baxışları onda oyaq olsun. İslamın dəvəti kamillik mərtəbəsi və səadətdir və İSlam da deyir ki, vicdan və fitri istəkləri insanlarda oyadın ki, o İslam istəyini yerinə yetirəcək.
5. Əxlaqi üstünlüklərinin inkişaf edilməsi. İSlam tərbiyəsi əxlaqi dəyərlərlə ölçülür və onun əsasında işlək olur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter