Əxlaqla bağlı problemləri həlli üçün mühüm tövsiyələr nələrdir?


Əxlaq ilə şəxsiyyətin bir-biri ilə sıx əlaqəsi vardır. İnsan şəxsiyyəti - insanın ruhi, hissi, fikri, rəftar fəaliyyətlərindən ibarətdir. İnsanın mühüm sifətlərindən biri budur ki, şəxsiyyəti müxtəlif şəkillərə düşmək qabiliyyətinə malikdir. İnsan elə xəlq edilmişdir ki, azad və agah halda özü yolunu seçə bilər və həmin yolda öz şəxsiyyətini formalaşdırar. Bəs əxlaq problemlərinin büruzə olmasının səbəbləri nədir? (Tebyan)
1. Mədəniyyətə edilən hücum.
Hegemonlar bu gün bu nəticəyə gəlib çatıblar ki, bir ölkəyə nüfuz etməyin ən rahat yolu - mədəniyyətinə nüfuz etməkdir. Onlar öz dəyərlərini həmin cəmiyyətdə təbliğ edib, qiymətə mindirərlər. Həmin millətin meyarlarını dəyişib, öz meyarlarını yerinə qoyarlar. Ona görə də bu ölkədə öz istədiklərini edir və gələcəyə də ümid bəsləyirlər. Mədəniyyətlərə hücum edənlər ilk əvvəl səy edərlər ki, yeni nəslin meyl və əqidəsini süstləşdirsinlər. Sonrakı mərhələdə puç hədəflərini qoyub onu insanların gözündə bəzəməyə çalışarlar. Nəsil əcnəbilərdən asılı olaraq tərbiyə olmağa başlayar. Tarixi nümunələr göstərir ki, mədəniyyətlərə edilən hücum ancaq bizim əsrə aid deyildir. Bunun nümunələrinə İslam dininin əvvəlində də rast gəlmək olardı. Hətta başqa dinlərdə də bu hücumu müşahidə etmək olar. Mədəniyyətlərə hücum zamanı heç bir hərbi qüvvəyə ehtiyac qalmır, ancaq uzun müddətli bir prossesdir. Kök atar və qalıcıdır, dəqiq proqram üzrə həyata keçirilər. Bu işi səssiz və gizli şəkildə yerinə yetirərlər. Qurbanları daha çox cavanlar olar.
2. Dost tapmaq və ünsiyyət.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs dostunun dinindədir”. Mənası budur ki, əgər siz kiminləsə dost olursunuzsa onun əqidəsini də qəbul etmiş olarsınız. Dostun rəftar və əxlaqı da sizə birbaşa təsir qoyar. Misal üçün: zülm etməsi, yalançı tanrılara pərəstiş etməsi, xürafatın ardınca getməsi, dünyapərəstliyi, yalançılığı kimi. Ona görə də dostla ünisyyət qurmaq mühüm məsələdir. Ailə başçısı buna xüsusi diqqət etməlidir.
3. Peşə.
Nə zaman bir cəmiyyətdə bekarçılıq hökm sürərsə, fəsadın izləri də görünməyə başlayar. Bekarçılıq özü ilə ruhi fəsadlar gətirər və insanı aqressiv edər. İnsan cəmiyətdə özünü lazımsız hiss edərsə, öz ehtiyaclarını ödəyə bilməzsə - yanlış yollara üz tutar. Həzrər Peyğəmbər (s) buyurur: “O kəs ki, (yaşayışının) ağırlığını başqasının üstünə atar, məlundur”.
4. Ümumi mühit.
İstər təhsil mühiti olsun, istərsə də iş mühiti - insana təsir qoyar. Cahil, bekar, əxlaqsız insanlarla əlaqə saxlamaq insan rəftarına mənfi təsir qoyar.
5. Yoxsulluq.
İslam dini yoxsulluğu bəyənmir. O kəs ki, öz yaşayışının xərcini çıxartmağa iradə etməz, bütün insani dəyərləri əldən vermiş olar. Yoxsulluq mənəviyyat qapılarını da bağlayar. Ac və paltarı olmayan bir insan Allahın istəiyi kimi ibadət edib, hüsni-əxlaqa malik ola bilməz. Əgər insanın ibtidai ehtiyacı təmin edilməzsə, təhsil və əxlaq üçün fürsəti olmaz. Əlbəttə ki, insan iradə və səy etsə, amma kasıblığa qalib gələ bilməsə - bu, başqadır.
6. Həyatda nümunə və örnəyi olmaması.
İnsan elə bir varlıqdır ki, özündən üstün olanları nümunə və örnək edər. Biz müsəlmanlar üçün də əziz Peyğəmbərimiz (s) və Məsum İmamlarımız (ə) nümunədirlər. Ancaq əgər insanın örnəyi yolunu azmış biri olarsa, bu zaman özü də yolunu azar.
Beləliklə deyə bilərik ki, əxlaq problemləri müxtəlif səbəblərdən büruzə verilə bilər ki, onları aradan qaldırıb, qarşısını almağa çalışaq. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter