Necə edək ki, ailə çəkişmələrində uşaqları qoruyaq?


Tədqiqat göstərir ki, uşaqların yanında mübahisə etmək uşaqların özünə etimadı azaldar və ailə həyatına qarşı bədgümanlıq yaradar. Rabitələr ailə müvəffəqiyyətində böyük rola malikdir. Rabitələr düzgün olmazsa, çəkişmələri həll etmək çətin olar.(Tebyan saytına istinadən)
Əgər cütlər arasındakı rabitələr problemləri həll etmək səviyyəsində olmazsa, hətta kiçik məsələləri belə danışıb həll edə bilmirlərsə, bu, böyük ailə konfliktlərinə gətirib çıxarar. Həyat yoldaşınla öz nigarançılıqlarından və problemlərindən danışaraq, onunla bölüşərək, ona öz arzularından və istəklərindən danışaraq, rabitələri daha da yaxşılaşdırmaq olar. Ərlə arvad əgər həyat meydanında çətinlikləri bölüşərlərsə, ailələri daha möhkəm və əlaqələri daha yaxın olar. Əgər cütlərdən hər ikisi aralarındakı problemləri həll etmək məharətinə malik deyildirlərsə, bu zaman ailə problemlərini həll etmək bu cütlük üçün qeyri-mümkün olar. Çünki cütlər bir-birinin nəzərləri və meylləri haqqında məlumata malik deyildirlər. Bu cür cütlüklər bir-birinə etirazlarını uzun müddət bir-birindən küsərək, qışqırıb, bağıraraq, büruzə verirlər. Bu cür rəftar ailə münasibətini nəinki böhranlı edir, bu məsələ uşaqlara aradan qaldırıla bilməyən ziyanlar da vurur.
Əlbəttə, ailə həyatı dedikdə, həmişə xoşbəxt və sevinc içində yaşayan ailə nəzərdə tutulmur. Düzdür ki, uşaqlar ilk təhsillərini ailə mühitində alırlar, problemlərlə necə qarşılaşa biləcəklərini və onları necə aradan qaldıra biləcəklərini öyrənirlər. Ona görə də hər şeyi onlardan gizli saxlamaq da düz deyildir. Bizim əsas məqsədimiz odur ki, ailə bir döyüş meydanına çevrilməsin. Əgər çevrilibsə, uşaqlar bu səhnələri görməli deyildirlər. Çünki bu zaman uşağın özünə etimadı azalar və ailə həyatına qarşı bədgüman olar.
Valideynlərin uşaqların yanında mübahisə etməsi uşaqlara müxtəlif cür təsir edir. Bizlərində yuxulu olmaq, bəzilərində əsəbi olmaq, bəzilərində sevginin azalmasına görə narahat olmaqla büruzə olunur.
Bəs bu münaqişələri uşaqlardan necə uzaq tutmaq olar?
1. Onu bilin ki, uşaqların yayında etdikləriniz çəkişmələr qarşı tərəfə də mənfi təsir göstərər. Ona görə də əgər sonu münaqişə ilə bitmək ehtimalı olan söhbətləri uşaqlar yatandan sonraya saxlayın.
2. Əgər mübahisə edən zaman uşaqlar sizin yanınızda olarlarsa, onlardan uzaq bir məkan seçin və söhbətinizi orada davam etdirin. Bu zaman əgər uşaqlar sizin səsinizi eşidirlərsə, nalayiq sözlərdən çəkinin.
3. Əgər həyat yoldaşınızla söhbət münaqişə ilə nəticələnibsə, bu zaman uşaqlara başa salın ki, bu məsələdə onların heç bir təqsiri yoxdur. Onlara başa salın ki, hər ikiniz səhv edib, kontrolunuzu əldən vermisiniz. Bu, o demək deyildir ki, valideynlər bir-birini və ya uşaqlarını sevmirlər.
4. Onlara başa salmağa çalışın ki, insan mübahisə edərək, problemini həll edə bilməz.
5. Həyat yoldaşınızla etdiyiniz hər bir münaqişəni çalışın ki, sülhlə və barışaraq, sona çatdırın. Övladlarınıza göstərməyə çalışın ki, evlililyinizdən necə də razısınız.
6. Çalışın ki, ailə həyatınızda bir-birinizlə səsinizi qaldırmadan danışasınız, bir-birinizə nalayiq söz deməyəsiniz, təhqir etməyəsiniz. Qapını çırpmayasınız və uşaqları qorxudacaq rəftarlardan uzaq olasınız.
Ailə həyatında güzəştli və mülayim olmağa çalışmaq lazımdır. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter