Kişi və Qadınların qarşılıqlı şəri borcları hansılardır?


İslam təlimlərinə əsasən necə ki, xanımların yoldaşları qarşısında bir neçə vəzifəyə əməl etmələri vacib və tərk olunması haram deyilmişdir, eləcə də kişilər üçün xanımlar qarşısında bir neçə vəzifələr təyin olunmuşdur və onları tərk etməsi haram və ilahi əzaba düçar olmasına səbəb olar bilər. Onlar 5 əsas əməldən ibarətdirlər: 1-Kişilər gərək xanımlarının yeməklərinin xərcini öhdələrinə alsınlar, 2-Kişilər gərək evləndikləri xanımların şənlərinə uyğun olan geyimlərlə onları təmin edib onların hörmətlərini sındırmasınlar, 3-Kişilər gərək müştərək evlərinin rahat yaşamaları üçün lazım olan əşyaları xanımın ixtiyarında qoysunlar, 4-Şənlərinə uyğun evlə təmin etsinlər, 5-Fitri və ruhi ehtiyacları (onların təmin olunmaması təqdirdə böyük prablemlərin yaranmasına səbəb ola bilər) təmin etsinlər.
Nəticə: Əgər bu şəri öhdəliklərə əməl olunmasa bəzi öhdəliklər qarşısında borclu qalır və bəzi öhdəliklər qarşısında halallıq almaq gərəkir.


Eləcə də Peyğəmbərimizin (s) gətirdiyi İslami göstərişlərə əsasən dini qadınların öhdəsinə yoldaşına qarşı İslam dini qadınların öhdəsinə bir neçə fiqhi və əxlaqi vəzifələr təyin etmişdir. Onları yerin yetirməsə əzaba düçar olar və ya əxlaqi vəzifələrə diqqət etməsə mümkündür ki, şəxsiyyəti cəmiyyətdə sual altına düşsün. Bu yazımızda qadınların həyat yoldaşları qarşısında namaz və oruc kimi vacib əməl həddində əhəmiyyətli və tərki əzabla hədələnmişdir onları qeyd edirik. İbarətdirlər: 1- Xanımlar gərək yoldaşlarının icazəsi ilə bayıra çıxsınlar, 2-Ruhi və fitri ehtiyacları ki, qarşılıqlı olara Allah-Taala xilqətlərində qərar vermişdir, xanımlar onlar qarşısında tabeçiliyini göstərsinlər. 3-Hər bir rabitələrdə nifrət yaradan amilləri gərək ailə mühitindən uzaqlaşdırsınlar - kimlərinsə evə dəxalət etməsinin qarşısını alsınlar. 4-Xanımlar gərək ki, həyat yoldaşları qarşısında təmizlik, gözəllik və səliqələrinə diqqət etsinlər. Elə bir həddə təmizlik və səliqəliklərinə diqqət etməlidirlər ki, kişilər başqa xanımlara baxmaq və günahdan əl çəksinlər. 5-Xanımlar gərək hər əməl üçün nəzr və ya bir işi görmək və ya tərk etmək üçün etdikləri andları yoldaşlarının icazəsi ilə etsinlər. istər maddi cəzalandırma pul xərcləməklə və ya ruhu cəzalandırma yolu ilə misal üçün oruc tutmaq kimi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter