ÖLÜMÜ YADA SALMAĞIN NƏ BELƏ FAYDALARI VƏ XEYİRLƏRI VAR?


İmam Əli (ə) ölümü yada salmağın 5 faydasına Nəhcül-Bəlağəsində belə işarə etmişdir:
1-\"Allaha and olsun ölümü yada salmaq məni ləğv və hədəfsiz işlərdən çəkindirir\", (Nəhcül-Bəlağə, xütbə: 84, səh: 66)
2-\"Ey Camaat ( diqqətli olun Ölüm haqqında) ləzzətləri aradan qaldıran, nəfsani istəkləri qaraldandır, arzuları aradan aparandır; o zaman pis işlərə tələsərsiniz\". (Yenə orada, xütbə: 99. səh: 92.)
3-\"Hər kəs ölümə gözü (fikrində) oldu yaxşı işlərdə irəli addımlar atdı. (Yenə orada, qısa kəlamlar: 31, səh: 364).
4- \"Hər kəs ölümü çox yada sala dünyanın az xoşluğuna razı olar\". (yenə orada, qısa kəlamlar: 349, səh: 423).
5-\"Fikirlərşdilər ki, ölülərin yerləri boşluqdur, bir halda ki, (ölülər) möhkəm ibrətlərlə doludurlar. ... (ölülər) nəsihət və ibrət səhnəsidirlər, ...). (Yenə orada, Xütbə: 221, səh: 252).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter